Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (2-11-2015, 19:14)
Afaq Bəşirqızıdan yubiley tamaşası - “Toya bir gün qalmış”


 

Musiqili Teatrının aktrisası, Xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyi qeyd olunacaq. 


Mediatv.az-a teatrdan verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin əmri ilə noyabrın 7-də baş tutacaq. Yubiley tədbiri çərçivəsində Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq. Yubilyar A.Bəşirqızı günümüzün reallıqlarını əks etdirən, gülməli olduğu qədər də kədər doğuran “Toya bir gün qalmış” tamaşasında baş qəhrəmanı – Qadın obrazını canlandırır. 

“60 yaş insan ömrünün müdriklik zirvəsidir. Xüsusilə də bütün həyatını sənətə həsr etmiş sənətkar üçün belə bir zirvədə olmaq ikiqat məsuliyyət hissi yaradır. Bu tədbir öncəsi çox həyəcanlıyam. Hesab edirəm ki, yubiley tədbirimdə xalqıma hesabat verəcəyəm. Mənim iştirakımla “Toya bir gün qalmış” tamaşası nümayiş olunacaq. Mənə elə gəlir ki, həmin gün ilk dəfə səhnəyə çıxacağam. Bütün sənət dostlarımı, sadiq, əziz tamaşaçılarımı 7 noyabr tarixində Musiqili Teatra dəvət edirəm”, - deyə Afaq Bəşirqızı bildirib. 

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Səmədova, rejissor assisenti Tamilla Aslanovadır. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa edirlər. Xatırladaq ki, Afaq Bəşir qızı 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024