Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (1-09-2015, 15:10)
"Kurtlar vadisi"nin aktyoru: "Azərbaycandakı qonorar məni qane edir"

"Kurtlar vadisi"nin aktyoru: "Azərbaycandakı qonorar məni qane edir"

Ötən gün Bakıya gələn türkiyəli aktyor Səlcuq Özer maraqlı açıqlamalar verib.

Mediatv.az axşam.az-a istinadən xəbər verir ki, aktyor rol aldığı və Turan Kaçqar obrazını canlandırdığı "Kurtlar vadisi" serialından uzaqlaşmağının səbəblərini açıqlayıb:

"O serialdan yoruldum. Öz istəyimlə ayrıldım. Gedib yaradıcı heyətə dedim ki, "Məni serialdan çıxardın". Çünki ekran işində söz vermişdilər ki, davamlı olacam. Amma əməl etmədilər. Davamlı görünən üç-dörd insan var: Polad Alemdar və onun ətrafındakılar. Həftədə 2-3 bölüm oynayacaqdım. Amma dörd-beş bölüm oynayırdıq və kəsilirdi. Bu da aktyora pis təsir edir. Serialda oynayarkən qonorar önəmlidir. Çünki burada sənət olmur. Mənim "Kurtlar vadisi"nin qonorarından şikayətim olmayıb. Sənəti filmdə nümayiş etdirmək mümkündür. Hansısa filmdə pulsuz belə çəkilməyə razılıq verərəm. Azərbaycanda da rol aldığım filmdə qonorar yaxşıdır. Burada aldığım pul məni qane edir".

S.Özər çox müsahibə verməməsinin səbəbini də açıqlayıb:

"Maqazin dünyasından uzaq insanam. Müsahibə vermirəm. İlk dəfə Azərbaycanda müsahibə verdim. Bizdə paparassi görüntülərə önəm verilir. Əgər gecə həyatın varsa, klubdan çıxarkən yanında qızlar gəzirsə, səni çəkib xəbər edəcəklər. Mənimsə belə həyatım yoxdur".

Qeyd edək ki, türkiyəli aktyor Azərbaycanda "Bir ovuç sonsuzluq" adlı filmdə rol alacaq.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024