Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (6-08-2015, 14:38)
"Qaynana"nın Sevdası məhkəmələrdə mübarizə aparıb

"Qaynana"nın Sevdası məhkəmələrdə mübarizə aparıb

"Qaynana" filmindən mehriban, qayğıkeş gəlin obrazı ilə yadda qalan, iki gün əvvəl dünyasını dəyişmiş əməkdar artist Tanilə Əhmərova ilə bağlı maraqlı fakt ortaya çıxıb.

Mediatv.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Cavid Şahverdiyev xəbər verib: "Onunla ilk tanışlığım qəzetdə çalışdığım vaxtlarda - 2002-ci ildə olub. Bir yaşlı və xəstə qadının müdafiəsi ilə bağlı mənə müraciət etmişdi. Həmin qadın rəqqasə olub, milli rəqslərimizin mahir ifaçılarından idi. "Nərimanov" metrostansiyası yaxınlığında birotaqlı evi əlindən çıxmışdı. Onu himayəyə götürən qohumlarından biri (oğlan) xəstə qadını aldadıb evini öz adına keçirmişdi...
Tanilə Əhmərova məni o qadının evinə apardı. Onun başına gələnləri mətbuatda işıqlandırdıq. Tanilə xanımla birlikdə günlərlə Apellyasiya Məhkəməsində olduq. Nəhayət, sonda Tanilə Əhmərova min bir əziyyətlə evini qadına qaytarda bildi".

Cavid Şahverdiyev aktrisanın ona bölüşdüyü xatirələrindən də danışıb: "Tanilə xanım mənən sənətə gəlişindən də danışırdı. "Qaynana"dakı Sevdaya necə gəlməyindən, niyə görə rolu başqa aktrisanın səsləndirməsindən və s..."

Xatırladaq ki, Azərbaycan kinosunun gözəl, istedadlı aktrisalarından olan Tanilə Əhmərova avqustun 4-ü uzun müddət davam edən xəstəlikdən sonra vəfat edib. 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024