Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (25-03-2014, 22:13)
Tanınmış muğam ifaçısı: “Mənə qadağa qoyublar”

Tanınmış muğam ifaçısı: “Mənə qadağa qoyublar”

 

Tanınmış muğam ifaçısı, Milli Konservatoriyanın müəllimi Qəzənfər Abbasovun müsahibəsini təqdim edirik:

- Qəzənfər müəllim, son vaxtlar mənzil problemi ilə bağlı adınız mətbuatda tez-tez hallanır. Mənzil şəraitinizin yaxşılaşdırılması üçün dövlət qurumlarına müraciət etməyiniz barədə də xəbərlər yayıldı. Bu müraciətdən sonra hansısa dəyişiklik baş verdimi?

- Heç bir yenilik yoxdur. Vəziyyət olduğu kimi qalır. Mənzil problemimin həlli hazırda Abşeron rayon İcra Hakimiyyətindən asılıdır. Prezident Administrasiyası bu problemin həllini icra hakimiyyətinə tapşırsa da, məni Abşeron İcra Hakimiyyətində qəbul etmədilər. Hər bir halda dövlətin ayırdığı mənzilin mənə verilməsi Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən gecikdirilir.

- İşlərinizlə bağlı nə yeniliklər var. Səhv etmirəmsə, Konservatoriyada də problemləriniz var idi…

- Hə, bu məsələdə problemlər daha ciddidir. Mənə qarşı münasibət ürəkaçan deyil. Tələbələrin bölünməsi zamanı ayrı-seçkilik edilir.
Sanki orda mənə qarşı bir qadağa mövcuddur. Ümumiyyətlə, Qəzənfər Abbasovun sinfində təhsil almaq istəyən tələbələr niyyətinə çatmır. İnanın, səsi olan tələbənin mənim sinfimə gəlməsinə imkan verilmir. Deyirlər ki, “birdən, aman günüdür, Qəzənfərin sinfinə tərəf gedərsən ha… Sən yalnız Məmmədqulunun sinfinə get”…

- Bu “qadağa”nı kim qoyur?

- Əvvəlcə onu deyim ki, bu gün Konservatoriyada təhsil alan tələbələrin əksəriyyəti Bülbül adına Musiqi Liseyində mənim tələbələrim olublar. Amma Konservatoriyada onları mənim sinfimə salmırlar. Lakin bu məsələ belə qalmayacaq.AzNews.az

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024