Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (28-12-2016, 14:16)
“Xalqı təhqir edən deputat mənim torpağımı mənimsəyib” – Tanınmış müğənni

img2286879

“Deputat Astan Şahverdiyevin açıqlamasını xəbər portallarından oxudum. O sözləri deputat mandatı olan birindən gözləməzdim. Mənə çox pis təsir etdi. Səhərə qədər yata bilmədim. Dünyanın bir çox yerindən mənə zənglər gəldi”.

Mediatv.az:  Musavat.com xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlama verən əməkdar artist Firuzə İbadova Astan Şahverdiyevin xalqı təhqir etməsinə münasibət bildirərkən deyib.

O, hazırda gündəmdə olan deputat ilə arasında yaşanan və illərdir ki, həll olunmayan torpaq qalmaqalını da xatırladıb: “Mən dəfələrlə Zaur Baxşəliyevin verilişində qonaq oldum, dərdimi dedim. Mən hakimlərə, məhkəmələrə müraciət etdim. Apelyasiya Məhkəməsinə qədər gedib çıxdım. Amma hər dəfə tələbim təmin edilmədi. Firuzə İbadova müğənnidir, deputat deyil. Amma Firuzəni minlərlə insan sevir. Mən Azərbaycanın səslərindən biriyəm, onlarla tələbəm var. Bu hadisə məni küsdürdü, iki il öncə xəstəxanalıq da oldum. Yayda Apelyasiya Məhkəməsinə sənədləri apardım, baxmadılar. Mən torpağı 18 minə satmamışdım, söhbət 30 min dollardan gedir. Onlar mənə 8 min pul verdilər. Yaydan bəri hər şeyi Allahıma həvalə etmişəm. Onlar hakimləri ələ aldılar. Bəlkə də mənə hədə-qorxular gələcəklər. Amma qorxmuram. Mən Pakistanda güllə qarşısında çıxış edən sənətçiyəm. Mən Azərbaycan xalqının qeyrətli anası, bacısı, sənətçisiyəm. Qorxmadan bu sözləri deyirəm. Mən hər şeyi Allaha həvalə etmişəm. Bu söhbət yayılanda Allaha şükür etdim ki, o insan özü-özünü ifşa etdi. Yenə də istəməzdim ki, belə olsun. Azərbaycan xalqı “otxod” deyil. Azərbaycanın hüdudlarından kənarda istər, Avropada, istər Rusiyada elə insanlar kök salıb yaşayır ki, onlar ölkəmizin adını təmsil edir. Onlar arasında alimlər, professorlar, sadə fəhlələr, musiqişünaslar var. O insanlar oraya gedəndə bizi çiyinlərinin üstündə gəzdirir. Sən bazarda işləyən insana necə “otxod” deyə bilərsən? Onlar alverçi deyil. Öz zəhməti ilə dolanan və ailəsinə pul göndərən insanlardır. Biz dövlətimizin ətrafında birləşib, həmrəy olmalıyıq. Amma deputat həmrəylik gününə az qalmış deyir ki, Azərbaycandan gedən insanlar “otxod”dur. Mən deputatdan qorxmuram, amma onun mandatına hörmət edirəm. Məni xalqım tanıyır, amma siz “otxod” sözü ilə məşhur oldunuz. Inanıram ki, bir gün haqq-ədalət yerini tapacaq” .

Qeyd edək ki, əməkdar artist Firuzə İbadova bir neçə il öncə mətbuata açıqlamasında bildirmişdi ki, millət vəkili Astan Şahverdiyev onun torpağını mənimsəyib. Hətta millət vəkili tərəfindən torpaq sahəsinin əlindən alınması müğənninin səhhətində ciddi problemlər yaratmışdı. Baş verənlərə etiraz olaraq, müğənni Yeni il axşamı da daxil olmaq şərti ilə 3 gün aclıq aksiyası keçirmiş və xəstəxanalıq olmuşdu.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024