Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (14-01-2019, 14:00)
Keçmiş məmur məhkəmədə danışdı: İcra hakimiyyəti bina tikmir

 Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin külli miqdarda dələduzluqda təqsirləndirilən sədri Səmyar Abdullayev, vəzifəli şəxsi Himmət Şükürov və Nərimanov rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı Niyaməddin Şıxəliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Bakı Şəhər Icra Hakimiyyətinin keçmiş aparat rəhbəri Rasim Quliyev ifadə verib.
R.Quliyev bildirib ki, 2010-2018-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin aparat rəhbəri vəzifəsində çalışıb və hazırda işsizdir:
“2018-ci struktur dəyişikliyindən sonra vəzifədən çıxmışam. Çalışdığım dövrdə vəzifəm struktur şöbələrə nəzarət etmək, işləri əlaqələndirmək, göndərilən məktubları cavablandırmaq idi”.
O deyib ki, mənzillərlə bağlı yaranan problem haqqında icra hakimiyyətinə şikayət daxil olub:
“İcra Hakimiyyətlərinin verdiyi hər hansı bir sərəncama biz münasibət bildirmirdik. Bizə məktubla məlumat daxil olurdu. Həmin vaxt Nərimanov rayon İcra Hakimiyyəti tərəfindən bizə məktub daxil olmuşdu. Həmin məktubda göstərilirdi ki, siyahıya daxil olan əlil şəxslər növbəyə alınır. Biz də həmin məktuba cavab yolladıq ki, biz buna etiraz etmirik”.
Sabiq aparat rəhbəri onu da qeyd edib ki, Bakı şəhər İcra Hakimiyyətinin balansında tikinti ilə bağlı hər hansı bir fond yoxdur:
“Yeni konkret olaraq hazırda icra hakimiyyəti bina tikmir. Sadəcə, Sovet dövründən qalma strukturda mənzil şöbəsi var. O vaxt bununla bağlı bizə şikayətlər daxil olurdu. Qəbula gəlirdilər. Biz də onlara izah edirdik ki, bu, bizim səlahiyətlərimizə daxil olan bir məsələ deyil”.
Qeyd edək ki, S.Abdullayev və digərləri Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunur. İş üzrə 100-dən çox zərərçəkmişin olduğu qeyd edilib.
İttihama görə, iş üzrə zərərçəkənlərdən əlillər üçün tikiləcək binadan mənzil vermək adı ilə pullar alınıb. Lakin verilən sözlərə əməl edilməyib.
M.Nəsibov isə təqsirləndirilən şəxs qismində tanınır və ölkədə olmadığı üçün beynəlxalq axtarışa verilib.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024