Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (21-11-2018, 19:00)
Pulu alıb, axşam ona qaytaracağımı dedim - MƏHKƏMƏ

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində rüşvət almaqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DKG) Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Mediatv.az  xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə prokuror Həkimxan Səfərov ittiham aktını elan edib.
İttihama münasibət bildirən N.İmanov özünü təqsirli bilməyib.
O, sərbəst ifadə verərək qeyd edib ki, 2006-cı ildən DGK-da müxtəlif vəzifələrdə çalışıb.
N.İmanov qurumun maliyyə şöbəsinin rəisi vəzifəsində çalışarkən, hər hansı sənədi imzalamaq, möhür vurmaq səlahiyyətinin olmadığını vurğulayıb. O qeyd edib ki, iş yoldaşı Mənsur Zeynalovdan rüşvət almayıb:
“Mənsuru avqust ayından tanıyıram, iş yoldaşı olmuşuq. Bir gün Mənsur mənə zəng edərək, görüşmək istədiyini dedi. Onunla danışanda bildirdi ki, özünə toy edir, maddi vəziyyəti yaxşı deyil və tez bir zamanda birdəfəlik müavinəti almaq istəyir. Mən də dedim ki, hazırda komitənin balansında pul yoxdur, pul köçürülən kimi onun birdəfəlik müavinəti olan beş min manat məbləğində pul veriləcək. O isə israr etdi ki, pulu tez almağı üçün ona kömək edim. Mən etiraz etdim, əlimdə belə bir səlahiyyət olmadığını bildirdim”.

N.İmanov qeyd edib ki, sözügedən danışıqdan bir ay sonra, M. Zeynalov ona yenə zəng edib:
“Mənimlə görüşmək istədiyini dedi və mən razılaşdım. Biz iş yerinin qabağında onun avtomobilində görüşdük, o yenə də israrla bu məsələdə ona kömək etməyimi istədi. Bildirdi ki, alacağı müavinətin yarısı qədər, yəni, 2500 manat pul hazırlayıb və bu işi həll etmək üçün “hörmət” etmək istəyir. Yenə də ona dedim ki, əlimdə belə bir imkan, səlahiyyət yoxdur.
Bundan sonra Mənsur Qəbələyə yas yerinə gedəcəyini, pulla yola çıxmaq istəmədiyini əsas gətirib, həmin məbləği o qayıdanadək üzərimdə saxlamağımı xahiş etdi. Bir iş yoldaşı kimi mən də onun xahişini yerinə yetirdim, pulu alıb, axşam ona qaytaracağımı dedim.
Sonra sağollaşdıq, avtomobildən düşüb, komitənin binasına daxil olmaq istəyəndə məni əməliyyatçılar saxladı. Rüşvət aldığımı iddia etdilər və üzərimdəki pulları götürdülər. Yenə də deyirəm ki, mən pulu rüşvət kimi qəbul etməmişəm, bütün ittihamlar əsassızdır”.
Qeyd edək ki, DGK-nın yaydığı məlumata əsasən, Dövlət Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi və Daxili Təhlükəsizlik İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində növbəti dəfə pensiya yaşına çatan gömrük əməkdaşlarından biri ilə 2500 manat pul müqabilində razılığa gələn N.İmanov həmin əməkdaşdan pulu alarkən yaxalanıb.
DGK sədrinin müvafiq əmrinə əsasən, Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi N.İmanov dərhal tutduğu vəzifədən azad edilib və hazırda fakt üzrə toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024