Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (7-11-2018, 19:00)
Gəncə Dispanserinin baş həkiminə cinayət işi açıldı

 Gəncə Rayonlararası Psixo-nevroloji Dispanserinin baş həkimi Hüseynova Tərlan Məmməd qızı barəsində cinayət işi açılıb.
Mediatv.az-ın  əldə etdiyi xəbərə görə, T.Hüseynova xidməti vəzifəsinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd istifadə edib.
Belə ki, o, dispanserin həkim psixiatrı Məhərrəmova Sevil Ənvər qızı və digərləri ilə qabaqcadan əlbir olmaqla cinayət əlaqəsinə girərək, müalicə müddəti başa çatmayan, dispanserdə qeydiyyatda olan psixi xəstəlikdən əziyyət çəkən ayrı-ayrı şəxslərə müvafiq əlillik dərəcəsinin və sağlamlıq imkanının məhdud olması ilə əlaqədar müavinətlərin verilməsinə nail olmaq üçün vəzifə saxtakarlığı edib. Müalicə almadıqları halda, xəstələrə tibbi çıxarış verib.
Buna görə də T.Hüseynova barəsində Cinayət Məcəlləsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar öz və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda) və 313-cü (Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs, eləcə də, vəzifəli şəxs olmayan dövlət qulluqçusu və ya yerli özünüidarə orqanı qulluqçusu tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri ilə cinayət işi açılıb.
 шаблоны для dle 11.2

Xəbər lenti
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
17 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018
16 11 2018

{sape_links}{sape_article}