Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (30-10-2018, 12:02)
Bakıda vəkilin maşınına oğru girdi

Bakıda vəkilin maşınına oğru girdi

 

Azərbaycan Vəkillər Kollegiyasının üzvünün maşınına hücum olunub.

Mediatv.az  qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə vəkil Asif Abdullayev özü məlumat yayıb.

O bildirib ki, oktyabrın 28-də naməlum şəxs avtomobilinin şüşəsini qıraraq içəri daxil olub, amma heç nə götürməyib: "Salonda ümumilikdə 84 manat və 45 lari pul, mobil telefon, bahalı eynək, ətir və bir sıra digər şəxsi əşyalarım var idi. 

Hadisədən sonra avtomobilin salonunda əşyalar dağınıq halda idi. Bəzi sənədlər iki hissəyə parçalanmışdı. Avtomobilimin park edildiyi ərazidə təxminən 15-20 maşın var idi və bəlkə də ən ucuzu mənimkidir. Salonda da heç bir cəlbedici əşya olmayıb. Buna baxmayaraq, naməlum şəxs yalnız mənim avtomobilimə daxil olub.

Bir müddət əvvəl də buna oxşar hadisə baş vermişdi. Avtomobilimin bir güzgüsü sındırılaraq yararsız hala salınmışdı, digəri isə, ümumiyyətlə, hadisə yerində yox idi. Bəlkə də kimsə bu yolla mənə hədə-qorxu gəlməyə çalışır". 

A.Abdullayev qeyd edib ki, hadisə barədə DİN-in 102 xidmətinə məlumat verib, 25-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024