Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (11-10-2018, 10:30)
Bir milyonluq dələduzluq edən polkovnik məhkəməyə müraciət etdi

Bir milyonluq dələduzluq edən polkovnik məhkəməyə müraciət etdi

 

 

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. 

Mediatv.az -ın  xəbərinə görə, hakim Elşad Şamayevin sədrliyi ilə baş tutan prosesdə S.Şükürovun anket məlumatları dəqiqləşdirilib, apellyasiya şikayətinin dəlilləri müəyyən edilib. 

S.Şükürov apellyasiya şikayətində günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. 

Məhkəmə baxışı oktyabrın 22-nə təyin edilib. 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Şükürov doqquz il altı ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, o, İlqar Əliyevi işə düzəltmək adı ilə, Xanımbacı İsmayılovanı isə qızının cinayət işinə xitam verdirəcəyi vədi ilə aldadaraq, onların ümumilikdə bir milyon manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsilə ittiham elan edilib. 

S.Şükürov sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnikdir. 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024