Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (26-09-2018, 13:30)
Hamilə qadının ölümünə səbəb olan həkimlə bağlı qərar verildi

Hamilə qadının ölümünə səbəb olan həkimlə bağlı qərar verildi

 

Ali Məhkəmədə hamilə qadının ölümündə təqsirli bilinən Elmi-Tədqiqat mama-ginekologiya institutunda həkim anestezioloq-reanimatoloq işləyən Cavanşir Aslanovun cinayət işinə baxılıb. 

Mediatv.az-ın xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, şikayət təmin edilməyib, həkimin bəraət istəyi rədd edilib. 

Cavanşir Aslanov müqavilə ilə “Astoriya” tibbi mərkəzində həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləyən zaman laqeydlik və etinasızlıq edib. 

O, 19 mart 2015-ci ildə, saat 21:00 radələrində “Astoriya” tibbi mərkəzinə doğuş həyata keçirmək üçün qəbul edilmiş hamilə qadının həyati vacib orqanlarını yoxlamayıb və həmin gün saat 21:30-da qadının uşaq dünyaya gətirməsini həyata keçirib. 

Nəticədə, qadında olan xəstəliyin təsiri daha da artıb. Saat 22.07-də hamilə qadının vəziyyəti ağırlaşıb, onda qəfləti öskürək, ağızdan köpük gəlməsi və dodaqların göyərməsi kimi fəsadlar meydana çıxıb. 

Uşaq dünyaya gətirmək üçün hazırlaşan qadının mədə-bağırsaq sisteminə təxminən iki litr duru qan toplanaraq qanitirmənin baş verməsinə səbəb olub. Qadın martın 20-də dünyasını dəyişib. 

İttihama görə, Cavanşir Aslanov uşaq dünyaya gətirən qadını ehtiyatsızlıqdan öldürüb.

İstintaq orqanı tərəfindən Cavanşir Aslanovun barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham elan edilib. 

Yasamal rayon Məhkəməsinin hökmü ilə Cavanşir Aslanov 2 il 9 ay müddətinə azadlıqdan məhrum olunub.

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024