Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal / Slayd (12-09-2018, 14:36)
Etibar Pirverdiyev sadəcə utandığını etiraf etməklə məsuliyyətdən qurtara biləcəkmi?-ÖZƏL

Etibar Pirverdiyevin “Azərenerji”nin sədri vəzifəsindən azad edilməsi barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının açıqlaması özünü çox ləngitmədi. PA-nın yaydığı məlumatda 2018-ci il iyulun 3-də Mingəçevir şəhərində yerləşən “Azərbaycan İstilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin yarımstansiyalarından birində cərəyan transformatorunda baş vermiş qəza nəticəsində Azərbaycanın enerji sistemində ciddi problemlər yaşandığı, Bakı və Gəncə şəhərləri də daxil olmaqla respublikanın 39 şəhər və rayonunun elektrik enerjisi ilə təminatında fasilə yaranması xatırladıldı. Qeyd olundu ki, baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq məqsədilə Azərbaycan Prezidenti tərəfindən yaradılmış Dövlət Komissiyasının hazırladığı rəydə baş vermiş qəzanın əsas səbəblərindən biri kimi “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin qəzaya lazımi səviyyədə hazır olmaması, fəaliyyətində mövcud olan texniki və bir sıra digər çatışmazlıqlar üzündən qəzaya adekvat reaksiya verə bilməməsi, habelə nəticədə ölkənin enerji sistemində qəzaya gətirib çıxaran bir sıra digər nöqsanlara yol verdiyi göstərilib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti Dövlət Komissiyasının yekun rəyi ilə tanış olmuş və işdə yol verdiyi nöqsanlara görə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyevi tutduğu vəzifədən azad edib. “Azərenerji”nin sabiq başçısı Etibar Pirverdiyevin ilk açıqlaması da bir mühüm məqamla diqqətiçəkən oldu: “Mən prezident İlham Əliyevin sərəncamına hörmətlə yanaşıram, həmişə Heydər Əliyevin və İlham Əliyevin ideyalarının tərəfdarı olmuşam və olacağam. Hesab edirəm ki, prezidentə hər şey daha yaxşı məlumdur”. Maraqlıdır, görəsən cənab Pirverdiyev: "Prezidentə hər şey daha yaxşı məlumdur" - sözləri ilə nə demək istəyir? Onsuz da bütün ölkənin diqqət mərkəzində olan, hələ də gündəmdən düşməyən bu məsələ ilə bağlı ictimai rəy belədir ki, Pirverdiyev sadəcə utandığını etiraf etməklə və vəzifəsini itirməklə məsuliyyətdən yaxasını qurtara bilməz. Onun fəaliyyətinin ciddi araşdırılmadan, yol verdiyi neqativ hallara (yumşaq ifadədir - red.) görə hesab sorulmadan sərbəst buraxılması onun üçün cəza deyil, mükafat olar. E.Pirverdiyevin fəaliyyətinin araşdırılması gərəkən bir mühüm dövrü də onun keçmiş "BAYVA - CƏNUB" və "BAYVA QƏRB" ENERJİ MMC-lərin nöqsanları ilə "barışdığı" dönəmdir. Türkiyəli iş adamı Hüseyn Arabul “Barmek-Azərbaycan Elektrik Şəbəkəsi" MMC-dən qovulandan sonra onunla paralel olaraq "Bayva Qərb-Enerji" MMC-də də yoxlama aparılmışdı. 2006-cı ildə sözügedən MMC-nin fəaliyyətindəki aşkarlanmış ciddi nöqsanlara görə heç kəsdən məsuliyyət sorulmadan təhvil-təslim edilməsi bir paradoksal hal kimi hələ də ekspertlər tərəfindən xatırladılmaqdadır

Mediatv.az

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024