Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (10-09-2018, 12:00)
Qatardan qaçan məhbus: Özümə qəsd etmək istəmişəm

Qatardan qaçan məhbus: Özümə qəsd etmək istəmişəm

 

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Mediatv.az-ın  xəbərinə görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində təqsirləndirilən İsrafil Soltanovun həyat yoldaşıVüsalə  Soltanova ifadə verib.

O ifadəsində deyib ki, məhbusların qaçmasına kömək edən Aqil adlı şəxsi tanıyıblar: 

“Aqil həyat yoldaşıma zəng vururdu, onlar telefonla danışırdılar. Ancaq konkret nə barədə danışıldığını bilmirəm”. 

Masallıda Müvəqqəti Saxlanma Təcridxanasının rəisi Bəşir Bəşirovqatardan qaçan məhbus Ə. Ağaminin dəfələrlə onun qəbuluna gələrək, özünə qəsd edəcəyini deyib: 

“Ağami bizə aprel və may aylarında gəlirdi. Hər dəfə daxili qaydaları pozurdu, özünü öldürmək istəyirdi. Bütün bunlara görə biz onu geri qaytarırdıq. Mən onun hərəkətləri ilə bağlı hakim köməkçisinə məlumat verdim”. 

Hakim isə şahidin bu ifadəsinə etiraz edib, məhkəmənin qərarı olduğu halda, məhbusu qəbul etməməyin cinayət tərkibi yaratdığını deyib. 

Təqsirləndirilən Ə.Ağami də şahidin ifadəsinə etiraz edib. O deyib ki, yalnız bir dəfə özünə xəsarət yetirməyə cəhd edib. 

Digər təqsirləndirilən keçmiş qarovul rəisi Ceyhun Səmədov deyib ki, Etibar Məmmədov və Əli Ağamini saxlama təcridxanası qəbul etmək istəməyib: 

“Hələ biz oraya çatmamış xəbər gəldi ki, bu məhbusları qəbul etməyəcək, geri qaytaracaqlar”. 

Proses sentyabrın 12-də davam etdiriləcək. 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024