Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (14-08-2018, 16:00)
Tələbəni öldürənlərə güzəşt edilmədi

Tələbəni öldürənlərə güzəşt edilmədi

 

 

Bakı Apellyasiya Məhkəməsində tikinti şirkətinin mühafizəçisini öldürməkdə təqsirləndirilən Rəşad Həsənov və Aftandil Məmmədovun şikayətinə baxılıb. 

Mediatv.az-ın  verdiyi xəbərə görə, hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə verilən qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Məmmədov 18 il 6 ay , R. Həsənovun 17 il müddətinə azadlıqdan məhrum edilmişdi. Onlar apellyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini istəyiblər. 

İttihama görə, 2017-ci ildə paytaxtın Nəsimi rayonunda Memarlıq və İnşaat Universitetinin tələbəsi Samir Mehdiyevin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. İlk olaraq onun avtomobillə vurulması barədə məlumat yayılıb və ölümlə nəticələnən yol qəzası törətmək, hadisə yerindən qaçmaq maddələri ilə cinayət işi açılıb. Lakin kameralara baxış zamanı hər hansı yol qəzası qeydə alınmayıb.

Buna görə də araşdırmalar qətl motivi üzərində davam etdirilib. Nəticədə məlum olub ki, 2 nəfər naməlum şəxs tikinti şirkətindən oğurluq etmək istəyərkən S.Mehdiyevin müqaviməti ilə üzləşiblər. Bu zaman onlar arasında əlbəyaxa dava düşüb. Bu münaqişə də təhlükəsizlik kameralarında lentə alınıb. Həmin 2 şəxs Samiri döyərək öldürüblər. 

Araşdırmalarla həmin şəxslərin hər ikisi əvvəllər məhkumluq həyatı yaşayan Rəşad Həsənov və Aftandil Məmmədov olduğu müəyyən edilib. 

шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024