Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (18-07-2018, 19:00)
Bakıda taksi sürücüsünü qarət edənlərə hökm oxundu

Bakıda taksi sürücüsünü qarət edənlərə hökm oxundu

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Özbəkistan vətəndaşı Tərlan Alıyarov, Xaçmaz rayon sakini Kamran Nəsrullayev və Qusar rayon sakini Radik Həsrətovun CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəmə baxışı başa çatıb. 

Mediatv.az-ın məlumatına görə, bu il fevralın 25-nə keçən gecə Xırdalan dairəsində “VAZ 21044” markalı taksi avtomobilinə əyləşən dostlar sürücüdən onları “Memar Əcəmi” metrostansiyasının yaxınlığına aparmasını xahiş ediblər. 

Həmin ərazidə qaranlıq, adam olmayan bir məhəlləyə çatanda Tərlan Alıyarov üzərindəki bıçağı sürücü Kamran Həsənlinin boğazına dirəyərək, ondan pullarını tələb edib. Sonuncu mobil telefonunu və beş manat pulunu verdikdən sonra onlar avtomobildən düşüb, qaçıblar.

Oradan Saray qəsəbəsində fəaliyyət göstərən kafeyə gediblər. Zərərçəkmiş başına gələn hadisəni ərazidə qarşısına çıxan post-patrul əməkdaşlarına danışıb. Elə həmin gecə şübhəli şəxslər Nəsimi RPİ 19-cu polis bölməsinin əməkaşları tərəfindən saxlanılaraq, istintaqa təqdim ediliblər.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024