Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (5-06-2018, 13:30)
Bıçaqlanan şəxs xəstəxanaya gec çatdırıldı - Körpünün uçması səbəbindən

Bıçaqlanan şəxs xəstəxanaya gec çatdırıldı - Körpünün uçması səbəbindən

 

Göyçay rayonunda bıçaqlanma hadisəsi baş verib.

Mediatv.az  APA-ya istinadən xəbər verir ki, hadisə ötən gecə saat 1:00 radələrində Göyçay çayı üzərindəki körpünün yaxınlığında qeydə alınıb.

Rayon sakini, 1981-ci il təvəllüdlü Muradov Ruslan Qədəm oğlu qarın nahiyəsindən bıçaq xəsarəti alıb və "Mercedes" markalı şəxsi minik avtomobili ilə özünü Göyçay rayon təcili tibbi yardım stansiyasına çatdırıb. Göyçay çayı üzərindəki körpünü sel apardığı üçün xəsarət alan şəxs Ucardan keçməklə Göyçay şəhərinə gedib.

Ruslan Muradov yaralı vəziyyətdə 60 kilometr məsafədə avtomobil idarə edərək çoxlu qan itirib, huşsuz vəziyyətdə Göyçay Rayon Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib. Hadisənin kim tərəfindən törədildiyi, hələ ki, dəqiq məlum deyil. Ruslan Muradovun özünə bıçaqla xəsarət yetirdiyi ehtimal olunur.

Ekspertizanın rəyindən və onun dindirilməsindən sonra hadisənin səbəbi məlum olacaq. R.Muradovun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024