Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (1-06-2018, 18:00)
Qonşusunu güllələyən şəxs psixiatriya xəstəxanasına göndərilib - FOTO

Qonşusunu güllələyən şəxs psixiatriya xəstəxanasına göndərilib - FOTO

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Ədalət Babayevin (1977-ci il təv.) CM-nin 29,120.1 (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, satma və ya gəzdirmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

Mediatv.az-ın məlumatına görə, ötən il mayın 19-da Maştağa qəsəbəsi ərazisində, əvvəllər məhkum olunmuş Ədalət Babayev aralarında yaranmış mübahisə zəminində üzərində gəzdirdiyi “Makarov” markalı tapançadan qonşusu Elnur Dadaşova (1990-cı il təv.) atəş açaraq qol nahiyəsinə xəsarət yetirib. 

Zərərçəkmiş 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb və onun həyatı xilas olunub.

Cinayəti törədən Ə.Babayev könüllü Sabunçu RPİ 14-cü polis bölməsinə gedərək təslim olub və tapançanı növbətçi hissəyə təhvil verib. İş üzrə dindirilmiş şəxs bildirib ki, qonşusu ilə münasibətləri yaxşı olmayıb: 

“Gəlib, mənə sataşırdı, təhqir edirdi. Evimdə silahım var idi. Həmin gün qabağıma çıxıb, dedi ki, səni vuraram. Hirsləndirdi məni, tapançanı çıxarıb, vurdum onu”.

Məhkəmənin qərarı ilə, təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatı dayandırılıb və o, tibbi xarakterli məcburi müalicə tədbirləri üçün Respublika Psixiatriya Xəstəxanasına göndərilib. 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024