Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (17-05-2018, 10:38)
Polis qardaşını öldürən hüquqşünas psixoloji ekspertizaya göndərilib

Polis qardaşını öldürən hüquqşünas psixoloji ekspertizaya göndərilib

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Əli Əliyevin (1990-cı il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.9-cü (aşkar sürətdə, köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə növbəti iclas keçirilib. 

Mediatv.az-ın məlumatına görə,  ötən il avqustun 3-də Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada Əli Əliyev qardaşı Murad Əliyevə (1983-cü il təv.) bıçaqla çoxsaylı zərbələr vuraraq, onu qəsdən həyatdan məhrum edib. 

Hadisədən sonra qaçan Əli Əliyev Binəqədi RPİ 7-ci polis bölməsinin əməkdaşları tərəfindən tutulub. Məlum olub ki, qardaşlar televizorun pultu üstündə mübahisə ediblər. Sonra aralarında əlbəyaxa dava başlayıb, Əli mətbəx bıçağını götürərək Murada zərbələr endirib.

Araşdırma zamanı məlum olub ki, Əli Əliyev ixtisasça hüquqşünasdır, həm də cüdo idman növü ilə məşğul olur. Mərhum isə kunq-fu idman növü üzrə peşəkar idmançı, DİN Çevik Polis Alayında polis serjantı olub.

Bugünkü iclasda təqsirləndirilən şəxsin vəkili vəsatət verərək, Ə.Əliyev barəsində kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının keçirilməsini xahiş edib.

Məhkəmə vəsatəti təmin edib və qərara alıb ki, təqsirləndirilən şəxs müayinə üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilsin.

Bu səbəbdən məhkəmə baxışı qeyri-müəyyən vaxtadək təxirə salınıb.



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018
18 10 2018