Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (9-04-2018, 11:23)
Nardaran sakininin evindən silah-sursat tapılıb

Nardaran sakininin evindən silah-sursat tapılıb

 

Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə əməliyyat-axtarış və profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Mediatv.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Aprelin 8-də əldə edilən məlumatlar əsasında bu istiqamətdə həyata keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları Bakı şəhər sakini Mikayıl Qafarovdan bir ədəd pnevmatik tapança, dörd ədəd patron və bir ədəd patron darağı, 42-ci Polis Bölməsinin əməkdaşları Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Fəxrəddin Hacıyevin evindən bir ədəd nömrəsi silinmiş yivli odlu silah, süngülü karabin kəsiyi (obrez), bir ədəd pnevmatik tapança, iki ədəd “F-1” qumbarası, avtomata məxsus süngü bıçaq və 65 ədəd müxtəlif çaplı patron, Astara Rayon Polis Şöbəsinin əməkdaşları Ağ körpü kənd sakini İsfəndiyar Hüseynovun yaşadığı evdən bir ədəd lüləsi kəsilmiş ov tüfəngi aşkar edərək götürüblər.

Saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar aparılır.

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024