Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (14-02-2014, 12:03)
İntihara cəhd edən gənc: “Camaat 300 minlik maşın sürür, mən isə”

 

Abşeron rayonunda dünən 12-mərtəbəli binanın damına çıxaraq atılmaq istəyən 24 yaşlı Elnur Salahov özünü çatmadığı arzu və istəklərinə qurban vermək istəyirmiş. Bütün hüquq-mühafizə orqanlarını bir-birinə qatan gənci söhbətə tutaraq fürsət gözləyən xilasedicilər əlverişli məqam tapıb onu ölümün cəngindən alıblar. 

Polisə gətirilərək dindirilən E.Salahovun ifadəsi isə böyük maraq yaradıb. 
"Mediatv.az" milli.az-a istinadən xəbər verir ki, gənc oğlan özünü öldürməyin səbəbini belə əsaslandırıb: “Niyə taylarım 300 min manatlıq Gelandewagen, 100 min manatlıq Jeep sürür, mən isə yox? Onlardan nəyim əksikdir axı? Başqasının villaları var, mənim yox. Mənə də dövlət pul versin, özümə şərait qurum”. 
Polis müəyyən edib ki, E.Salahov belə hallara öyrəncəli adamdır. Dəfələrlə özünü doğrayaraq ailəsinin də qarşısına tələblər qoyurmuş. Hətta məlumat əldə etdik ki, dövlət tərəfindən onun atasına ev verilib, təmir etdirilib. 
Qeyd edək ki, E.Salahov Masazır qəsəbəsində, qəsəbə bələdiyyəsinin yaxınlığında yerləşən 12-mərtəbəli binanın damına çıxaraq özünü binadan atacağını deyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və polis əməkdaşları gəliblər. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşla müvafiq söhbətlər aparıb və bu zaman yaranmış əlverişli şəraitdən istifadə edərək intihara cəhdin qarşısını alıblar.

şərh yaz

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024