Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (29-03-2018, 09:57)
Ömürlük cəza alan ifaçının növbəti apellyasiya məhkəməsi başlayıb

 

 

 

Bakı Apellyasiya Məhkəməsində Astara rayon sakini Aydın Qəhrəmanovun CM-nin 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddələri ilə barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. 

Mediatv.az-ın məlumatına görə, ittiham aktına əsasən, musiqi ifaçısı olan A.Qəhrəmanov 2008-ci ildə qeyri-rəsmi nikahda yaşadığı Aidə və onun qardaşı qızı Samirə Yəhyayevanı zəhərləyərək öldürüb.

Buna, onun A.Yəhyayevanın bacısı Nazilə Yəhyayevaya məxsus 4 otaqlı mənzili ələ keçirmək niyyətinə düşməsi səbəb olub. A.Qəhrəmanov aptekdən "Finlepsin" və "Amirtiptilin" dərmanı alıb evə gətirib.

Dərmanı yuxugətirici kimi Aidə və Samirəyə içizdirib. Hər iki qadın zəhərlənmə diaqnozu ilə 2 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Sentyabrın 7-də S.Yəhyayeva xəstəxanada ölüb. A.Yəhyayevanın vəziyyəti isə bir müddət ağır qalıb.

Bundan istifadə edən Aydın Qəhrəmanov Nazilə Yəhyayevaya məxsus 175.000 manatlıq mənzili 120.000 manata Mərifət Sultanova satıb. Sentyabrın 18-də A.Yəhyayeva da dünyasını dəyişib.

Fakta görə CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. 6 ilə yaxın davam edən istintaqın sonunda hər iki qadının intihar məqsədilə dərman içmədikləri məlum olub. İstintaq A.Qəhrəmanovun onları qəsdən zəhərləməsi nəticəsinə gəlib, 2013-cü il avqustun 27-də onun barəsində həbs-qəti imkan tədbiri seçilib. 

2014-cü il oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aydın Qəhrəmanov ömürlük azadlıqdan məhrum olunub.

Qərardan narazı qalan A.Qəhrəmanov apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. 

2016-cı ilin yanvar ayında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılıb. 

Bundan sonra məhkum Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmə apellyasiya qərarını ləğv edib və işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərib.

 

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024