Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (13-03-2018, 11:53)
Telman İsmayılovun şəxsi “killer”inə 13 illik həbs

Telman İsmayılovun şəxsi “killer”inə 13 illik həbs

 

Moskva vilayətinin Krasnoqor şəhər məhkəməsi iki sahibkarın öldürülməsində təqsirli bilinən Mehman Kərimova ciddi rejimli koloniyada 13 illik həbs cəzası verib.

Bu barədə Mediatv.az  “İnterfaks”a istinadən xəbər verir.

İstintaq zamanı məlum olub ki, M.Kərimov bu cinayətin təşkilatçısı, biznesmen Telman İsmayılovun işində fiqurant kimi çıxış edib.

Belə ki, 2016-cı il may ayının 15-də M.Kərimov sahibkar Vladimir Savkini və Yuri Brylevi Novorijskoye şosesində güllələyib. 

Məlum olub ki, paytaxtdakı Çerkizovskiy bazarının keçmiş sahibi Telman İsmayılov cinayətin təşkilatçısı olub. O, bu cinayətin planını qardaşları Rafiq və Vaqiflə birlikdə işləyib-hazırlayıb:

“Rafiq İsmayılov qardaşları ilə əldə olunmuş razılaşmaya görə, M.Kərimovu cinayət yerindən götürüb, sonra da yoldaşları ona gizlənməkdə, həmçinin  cinayət alətini gizlətməkdə yardım göstəriblər”,- deyə Rusiyanın İstintaq Komitəsinin verdiyi məlumatda qeyd olunur. 

Rusiyadan gedən və məhkəmənin qərarı ilə qiyabi olaraq həbs edilən Vaqif və Telman İsmayılovla bağlı cinayət işi ayrı icraata verilib.

T.İsmayılovun vəkili Marina Rusakovanın sözlərinə görə, onun müdafiə etdiyi şəxs günahkar olduğunu inkar edir. M.Kərimov isə onun üstünə böhtan atıb. 

T.İsmayılovla bağlı cinayət işinin istintaqı hazırda başa çatıb. 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024