Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (24-02-2018, 20:18)
AZTV sədrini öldürmək istəyənlərin məhkəməsi başlayıb

AZTV sədrini öldürmək istəyənlərin məhkəməsi başlayıb

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Mediatv.az-ın məlumatına görə, ittiham aktına əsasən, 2013-2017-ci illər ərzində “Azərbaycan Dövlət Televiziya və Radio verilişləri” QSC-nın sədri Arif Alışanovun Bakı şəhəri və Şamaxı rayonunda yerləşən əmlaklarını ələ keçirmək üçün Şücayət Əkbərov Musabi Namazov, Qoçəli Cəbiyev və Zöhrab Şirinovla birlikdə mütəşəkkil dəstə yaradıb.

Ş.Əkbərov dələduzluq yolu ilə A.Alışanova məxsus 4 milyon 600 min manat pulunu ələ keçirib.

2016-cı ilin dekabrın 13-də A.Alışanovun Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki evinə gələcəyini qabaqcadan bilən Əkbərov Arif Alışanovu, onun qızı Nigarı və sürücüsü Hacı Babayevi öldürməsini Q.Cəbiyevlə M.Namazova tapşırıb.

Buna görə onlara 600.000 manat pul vəd edib. Lakin sonradan Namazov həmin cinayəti icra etməkdən imtina edib. Buna görə, Cəbiyev 100.000 manata bu işə keçmiş məhkum Z.Şirinovu cəlb edilib.

Nəzərdə tutulan gün A.Alışanov 99-AA- 400 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı avtomaşında, Çuxuryurd-Şamaxı şossesində hərəkətdə olarkən dəstə üzvləri onu “Niva” markalı avtomobillə onu hündürlükdən dərəyə salmağa cəhd ediblər.

Bundan əsəbiləşən Şücayət Əkbərov növbəti planı Alışanovu güllələmək olub. Bu işin görülməsinə öz sürücüsü Aqşin Hüseynovu, həmçinin dəstə üzvləri Q.Cəbiyev, M.Namazov və Z.Şirinovu cəlb edib. Alışanov Şamaxı rayonun Mədrəsə qəsəbəsində yerləşən su hovuzuna baxmağa gedərkən, onu öldürməyi planlaşdırıblar.

Lakin fikirini dəyişən Namazov sui-qəsd planı barədə polisə məlumat verib və nəticədə əməliyyat yolu ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinov saxlanılıblar.

Məhkəmənin qərarı ilə istintaqın gedişatında M.Namazov polisin nəzarətinə verilməklə azadlıqda qalıb, digərləri barəsində həbs-qəti imkan tədbiri verilib.

Hazırlıq iclasında təqsirləndirilən Qoçəli Cəbiyev dövlət tərəfindən ona təyin olunan vəkili istəmədiyini və özü başqa müdafiəçi ilə müqavilə imzaladığını bildirib.

Təqsirləndirilən Şücayət Əkbərovun vəkili vəsatət verərək cinayət işinin materialları ilə tanış olmaq üçün iclasın təxirə salınmasını xahiş edib.

Məhkəmə vəsatəti təmin edib, hazırlıq iclasının davamı martın 1-nə təyin olunub.

Qeyd edək ki, saxlanılan şəxslər CM-nin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 178.3.2-ci (dələduzluq,külli miqdarda ziyan vurulmaqla törədildikdə) maddələri ilə təqsirləndirilirlər.

шаблоны для dle 11.2

Xəbər lenti
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024
17 04 2024