Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (1-01-2018, 22:00)
Türkiyədə azərbaycanlı qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

Türkiyədə azərbaycanlı qadını öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

 

Bir ay əvvəl Türkiyənin Qars rayonunda Azərbaycan əsilli Aydan Bayramovanı öldürməkdə şübhəli sayılan şəxs saxlanılıb.

Mediatv.az-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, hadisə keçən il noyabrın 2-də baş verib.

A. Bayramova Ərdahan yolu üzərindəki əyləncə məkanında tanışının ad günü şənliyində öldürülüb. A. Bayramovanın öldürülməsində Serkan Ç. şübhəli sayılıb və o, axtarışa verilib. Serkan Ç.-nin keçən il iyulun 23-də həmin əyləncə məkanı qarşısında baş verən, taksi sürücüsü Bünyamin Üreyilin öldüyü, 3 nəfərin yaralandığı silahlı atışmada da iştirak etdiyi üzə çıxıb. Taksi sürücüsünün ölümündə də Serkan Ç. əsas şübhəli sayılıb.

Qars Polis İdarəsinin əməkdaşları A. Bayramovanın ölümü ilə bağlı axtarışda olan Serkan Ç.-nin yeni il gecəsi şənliyi zamanı elə həmin əyləncə məkanında olduğu barədə məlumat alıblar. Serkan Ç. gecə saat 02:30 radələrində əyləncə məkanında saxlanılıb. Serkan Ç.-nin üzərində törətdiyi cinayətlərdə istifadə etdiyi “Glock” markalı tapança və 2 qr sintetik narkotik vasitə aşkarlanıb.

Əyləncə məkanında keçirilən əməliyyat zamanı polisin Serkan Ç.-ni yaxalamasına mane olmağa çalışan 15 nəfər haqqında da təhqiqat başlayıb.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024