Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (12-12-2017, 19:30)
Bakıda ərinə xəyanət edən gəlin öldürüldü – TƏFƏRRÜAT

Bakıda ərinə xəyanət edən gəlin öldürüldü – TƏFƏRRÜAT

 

Bakıda baş vermiş dəhşətli qətl hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.

Mediatv.az  Lent.az-a istinadən xəbər verir ki, Maştağa qəsəbəsində oğlunun 24 yaşlı həyat yoldaşı Aygün Mustafayevanı (ad və soyad şərtidir) güllələyərək öldürən 1958-ci il təvəllüdlü Məmmədov Seyidmalik Məzahir oğlu polisə təslim olub.

İlkin araşdırmalardan sonra məlum olub ki, S.Məmmədov gəlinini qısqanclıq zəminində öldürüb. Belə ki, S.Məmmədovun oğlu Aygünlə 5 il əvvəl ailə həyatı qurub və onların bir oğlu dünyaya gəlib. S.Məmmədovun həyəti geniş olduğundan orada oğlu üçün ayrı ev tikib. Lakin ailələrin hamam-tualeti bir imiş. Bir neçə gün əvvəl 59 yaşlı kişi həyətdəki hamamda gəlinini qonşuluqda yaşayan, ailəli və 4 uşaq atası olan 37 yaşlı Təhmasiblə tutub. Kişi həm gəlinindən, həm də Təhmasibdən Maştağanı tərk etmələrini, yoxsa onları öldürəcəyini deyib. O, məsələni oğlundan gizli saxlayıb.

Həmin hadisədən sonra Təhmasib Bakını tərk edib və Zaqatalada məskunlaşıb. Aygün isə  həyətdəki evdə yaşamağa davam edib. Seyidmalik Məmmədov bir neçə dəfə gəlininə çıxıb getməsini, onun həyat yoldaşına xəyanət etməsindən sonra burada yaşamasının düzgün olmadığını desə də, qadın buna əhəmiyyət verməyib. Əsəblərinə hakim ola bilməyən kişi dünən tüfənglə gəlinini güllələyib.

İlkin araşdırmalar zamanı o da məlum olub ki, 24 yaşlı gəlinlə qonşuluqda yaşayan kişi arasında aylar ərzində gizli sevgi münasibəti olub və onlar müntəzəm olaraq yazışıb, hətta Aygün Təhmasibə çılpaq fotolar da yollayıb.

Araşdırmalar davam etdirilir.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024