Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (24-07-2015, 17:46)
Azərbaycanlı tələbəni öldürən rus millətçilərinin liderinə ÖMÜRLÜK HƏBS

 İlya Qoryaçev günahını inkar edir 

 

 

 

Moskvada azərbaycanlı tələbəni qətlə yetirməkdə təqsirləndirilən “Rus millətçilərinin mübarizə təşkilatı”nın (BORN) lideri İlya Qoryaçevin məhkəməsi başa çatıb.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə hakim rus millətçilərinin liderinə hökm oxuyub.

 

Məhkəmə dövlət ittihamçısının istədiyi cəzanı təmin edərək İ. Qoryaçevi ömürlük azadlıqdan məhrum edib.

 

Bundan əvvəl andlılar məhkəməsi İ. Qoryaçevi antifaşist Fyodor Filatov və İlya Caparidze, vəkil Stanistlav Markelov, azərbaycanlı tələbə Rəsul Xəlilov və Tacikistan vətəndaşı Saloxiddin Əzizovun qətlində günahkar bilib.

 

İ. Qoryaçevin vəkili Mark Feygin ona ömürlük həbs cəzasının düşmədiyini bildirib: “Belə ki, o, Serbiyadan Rusiyaya ekstradisiya olunub. Ekstradisiya haqqında qanuna görə isə Qoryaçevə ömürlük həbs cəzası verilə bilməz. Serbiyada bu cinayətlərə görə maksimum 40 il həbs cəzası verilir. Ona Rusiyada maksimum 25 il həbs cəzası verilməlidir”.

 

İ. Qoryaçevin cinayət işinə andlılar məhkəməsində iyunun 2-dən baxılmağa başlanılıb. Rus millətçilərinin lideri günahını inkar edir.

 

Qeyd edək ki, İ. Qoryaçev ekstremist təşkilat yaratmaqda, ideoloji və milli düşmənçilik zəminində qətllərin törədilməsində və digər ağır cinayətlərdə ittiham olunur.  İstintaqın versiyasına görə, 2008-ci ilin ortalarında İ. Qoryaçev və Nikita Tixonov radikal millətçi baxışları olan ekstremist və silahlı birləşmələrdən ibarət BORN təşkilatını yaradıblar. Onlar ideoloji və milli düşmənçilik zəminində insanları və onların təşkilatlarını qanunsuz hesab etdiklərinə görə qisas almaq məqsədilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını qətlə yetiriblər.

 

İstintaqın məlumatına görə, İ. Qoryaçevin rəhbərliyi altında bir neçə qətl törədilib.

 

Xatırladaq ki, İ. Qoryaçevin qətlə yetirdiyi şəxslər arasında azərbaycanlı tələbə, 1991-ci il təvəllüdlü Rəsul Tahir oğlu Xəlilov da olub. O, 2009-cu il sentyabrın 3-də saat 11.30 radələrində yaşadığı evin qarşısında odlu silahdan açılan atəş nəticəsində öldürülüb.

Mediatv.az

 

шаблоны для dle 11.2

Xəbər lenti
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024