Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (14-09-2021, 18:12)
“4-cü kolon”un rəisi Elgiz İsmailovun “B” planı

 




Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı Cəzaçəkmə Müəssisəsində “(Qadın kolonu”) məhbusların ən elementar hüquqlarının pozulması, “bayırdakı” düşmənlərinin sifarişi ilə “içəridə” incidilməsi kimi dözülməz hallar barədə “Realmedia.az” saytında gedən tənqidi məqalələrin türmə rəisi Elgiz İsmailovun və CÇM-nin digər vəzifəli şəxslərinin “kürkünə birə salması” haqda da oxucularımıza məlumat vermişdik. Onu da qeyd etmişdik ki, Elgiz İsmayılov bu günə qədər incitdiyi, indi isə potensial şikayətçi olan məhbusları fikirlərindən döndərmək üçün dilə tutmağa çalışır, onlara “diqqət və qayğını” artırıb.

Amma sən demə, Elgiz İsmailovun “B” planı da var imiş: O, türmədə “cadugər ovuna” fətva verib. Gücünü arvadlara göstərən rəis tez-tez məhbuslara eşitdirir ki, “Realmedia.az” saytının rəhbərinə məlumat verən şəxsi heç də rahat günlər gözləmir. Əldə etdiyimiz məlumatda qeyd olunur ki, rəis öz ehtimalına görə artıq məhbuslar arasında KİV-ı məlumat sızdıran şəxsləri də müəyyənləşdirib, onları sıxışdırmağa başlayır. Artıq hiss olunur ki, rəisin qaraladığı həmin məhbuslara münasibət dəyişib. Məsələn, onların görüşünə gələn yaxın adamları “Görüş otağına” girənə kimi çox gözlədilir, dünənə kimi qayınana ilə gəlin arasında maneə qoymayan türmə rəhbərliyi bu gün ana ilə balanı şəffaf arakəsmə arxasından görüşdürür. Digər tərəfdən, islaholunmaz məhbusları şirnikləndirərək həmin qaraladığı məhbusların üstünə salıb “günlərini göy əskiyə bükməyə” qərar verib. Digər yandan, xəbər var ki, türmə rəisi sayt rəhbərindən şikayət etmək üçün imza atacaq bir qrup imtiyazlı məhbusu da ram edib.

Penitensiar Xidmətin rəisi cənab Ceyhun Həsənovun barəsində ictimai rəy çox müsbətdir. Ayrı-ayrı vaxtlarda “Realmedia.az” saytı da cənab C.Həsənovun rəhbərliyi altında Penitensiar Xidmətdə baş verən müsbət dəyişiklikləri təqdir etmişdir. Amma bu o demək deyildir ki, biz PX-i qarşısında öhdəlik götürmüşük ki, tabeliyində olan bütün müəssisələri və onların vəzifəli şəxslərini tərifləməyə borcluyuq. Yaxşıya yaxşı deyərlər, pisə pis. Elin gözü tərəzidir. Xüsusilə də məhbəsdə olan qadınlara münasibətdə bu tərəziyə haram qatmaq günahdır.

RealMedia.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 09 2021 23:12
18 09 2021 21:57
18 09 2021 21:12
18 09 2021 20:45
18 09 2021 20:27
18 09 2021 20:13
18 09 2021 20:01
18 09 2021 19:37
18 09 2021 19:25
18 09 2021 18:42
18 09 2021 18:10
18 09 2021 17:47
18 09 2021 17:25
18 09 2021 17:03
18 09 2021 16:23
18 09 2021 16:11
18 09 2021 15:57
18 09 2021 15:43
18 09 2021 15:28
18 09 2021 15:11
18 09 2021 14:57
18 09 2021 14:46
18 09 2021 14:28
18 09 2021 14:12
18 09 2021 13:47
18 09 2021 13:30
18 09 2021 13:12
18 09 2021 12:50
18 09 2021 12:40
18 09 2021 12:04

{sape_links}{sape_article}