Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (11-05-2021, 11:00)
"Bu mənə və iş yoldaşlarıma edilən haqsızlıqdır..." - GİLEY

 





Biləsuvar rayon Çinarlı kənd sakini Əliyev Feyzulla Fərzulla oğlu Moderator.az-ın redaksiyasına şikayət məktubu ünvanlayıb.

F.Əliyev bildirib ki, çalışdığı Biləsuvar Mərkəzi Xəstəxasında ona qarşı haqsızlıq edilib.

Müraciətdə deyilir:

“Mən 2008-ci ildən Biləsuvar Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsində feldşer işləyirəm. 2005-ci ildən Cərrahiyə şöbəsinin, 2008-ci ildən isə Təcili tibbi yardım şöbəsinin ən fəal işçilərindən biri olmuşam. Bu müddət ərzində 3 dəfə təcili tibbi yardım kurslarını keçmişəm.
Tibbi sığorta Biləsuvarda fəaliyyətə başladıqdan sonra təcili yardım şöbəsinin 5 nəfər işçisinin ixtisar edilərək dispetçer işində işləməsi təklifi var idi. Amma nədənsə rəhbərlik iş təcrübəsi az olanları yox, mənim kimi təcrübəli işçiləri Təcili yardım şöbəsindən çıxarıb dispetçer işinə keçirdi. Bu isə mənə və iş yoldaşlarıma edilən haqsızlıqdır”.

Şikayətçi deyir ki, bunula bağlı xəstəxana rəhbərliyi ilə də görüşüblər, lakin sözünü eşidən almayıb:

“Bununla bağlı Biləsuvar Mərkəzi Xəstəxanasının baş həkimi Xoşbəxt Ağayevanın və onun müavini Zakir Xammədovun qəbulundə olmuşuq. Lakin onlar bildirdilər ki, biz belə istəyirik. 16 illik iş stajım var, amma onlar mənə deyirlər ki, yenidən kursdan keçib sertifikat almalıyam. Amma hansı ki, bu gün xəstəxanada çalışan 9 nəfərin sertifikatı yoxdur. Bu adamlar hələ də əvvəlki iş yerlərində işləyirlər. Bunlar kiminsə qohum-əqrabalarıdır. 2019-cu ildə sertifikasiyadan keçmək üçün sənədlərimi topladım, amma pandemiya olduğuna görə bunu təxirə saldılar. İndi isə məndən sertifikat tələb edirlər”.

F.Əliyev probleminin həll edilməsi üçün müvafiq qurumlardan kömək istəyib:

“Sizdən xahişim odur ki, şikayətimi aidiyyatı qurumların diqqətinə çatdırasınız. Himayəmdə dörd məktəbli övladım, ikinci qrup əlil atam və xəstə anam var. Biləsuvar Mərkəzi Xəstəxanasında mənə qarşı edilən ədalətsizliyə görə aidiyyatı qurumlar tədbir görsünlər”.

Məsələylə bağlı Moderator.az-ın əməkdaşı baş həkim Xoşxbəxt Ağayeva ilə dəfələrlə telefon əlaqəsi saxlamaq istəsə də, o, dəstəyi qaldırmayıb. Onun müavini Zakir Xammədovla əlaqə saxlamaq mümkün olub. Z.Xammədov açıqlamasında bildirib ki, yerdəyişmə qanuni şəkildə həyata keçirilib:
“İşçinin yerdəyişməsiylə bağlı prosedur qaydası var. Təcili tibbi yardımın 15 nəfər işçisi var. “TƏBİB” yaranandan sonra onlardan 5 nəfər ixtisara getməli idi. Amma biz onları ixtisar etmədik və dispetçer işi ilə təmin etdik. Onların içindən stajı çox olanları, ailəsində qazisi olan, sertifkatı olmayan adamları seçdik. İclasda xəstəxananın hüquqşunası bütün qaydaları onlara izah edib”.
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024