Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (29-07-2020, 12:21)
Onkoloji xəstəni intihar həddinə çatdırıblar.


Onkoloji xəstəni intihar həddinə çatdırıblar...
Bakı sakini Məmmədova Sevinc Məmməd – Tağı qızı 2019-cu ildən bəri onkoloji xəsətliyi ilə əlaqədar əlillik ala bilmir. ANAXEBER.info xəbər verir ki, o bu barədə Birinci-vitse prezident Mehriban Əliyevaya ünvanladığı məktubda yazıb. Onun sözlərinə görə, xərçəng xəstəliyindən əziyyət çəkir və Hövsan qəsəbəsindəki 23 saylı poliklinikanın rəhbərliyi bu vəziyyətində onu intihar həddinə çatdırıb. “2019-cu ilin dekabrından əlilliklə bağlı bütün sənədlərimi toplayıb Hövsan qəsəbəsində 23 sayl poliklinikaya təqdim etmişdim. Məni onkoloq Nərgiz qəbul etdi və süründürməçiliyə başlandı. Halım olmadığı üçün onkologiyadakı həkimim USM-dən imtina etməyimi təklif etdi. Ancaq qan analizi vermişdim. Hövsandakı onkoloq Nərgiz isə yenidən USM-dən keçməyimi tələb etdi. Mən də keçdim”, – deyə S.Məmmədova məktubunda qeyd edib. Onkoloji xəstənin dediyinə görə, bütün cavablar qaydasında olduğu halda, Nərgiz həkim yaşayış yerindən arayış tələb edib: “Halbuki, mən o qəsəbədə doğulmuşam və arayış da gətirdim. Sonra dedi ki, kart yeni açılıb, sizə pensiya düşməz, 6 aydan sonra alınar, gedin, gələn ay baxarıq. Onun dediyi müddətdən sonra yenidən poliklinikaya getdim. Bu dəfə isə dedi ki, yerlər dolub, qol çəkdirib göndərə bilmərəm. Ondan “məni niyə belə süründürürsünüz?” soruşanda onkoloq Nərgizin cavabı belə oldu: “Baş həkim Sənan Əliyev məndən pul istəyir. Ona görə sənədlərinizi elektron qaydada göndərə bilmirəm. Uzun mübahisədən sonra onkoloq Nərgiz məni Milli Onkologiya Mərkəzində USM-dən keçməyə sövq etdi. Dedi ki, biz öz USM-in cavabına inanmırıq”. S.Məmmədova məktubunda hadisələrin gedişini belə nəql edir: “Bu o deməkdir ki, poliklinikada savadsız kadrlar işləyir. Doğrudan da həkimin dilindən bu cür sozlerin eşidilməsi qəribədir. Çünki öz həkiminə güvənmir və Onkoloji Mərkəzin müayinəsinə göndərirlər. Nəhayət, MOM-da müayinədən yenidən keçməli oldum. Sənədləri toplayıb, yenidən Hövsan qəsəbəsindəki poliklinikaya üz tutdum. Sənədlərim martın 7-də TSERAS-a göndərildi, bir ay sonra bizə rəsmi cavab gəldi. Bildirilirdi ki, natamam doldurma səbəbindən sənədiniz geri qaytarılıb. Baş həkimdən bunu soruşanda dedi ki, bizlik deyil, çalışın “VTEK”-də özünüzə adam tapın, virusla əlaqəli belə şeylər zəruridir”. Halbuki, virusun onlayn sistemə heç bir dəxli yoxdur. Bu, çox gülünc bir səbəb idi. Əgər deyildiyi kimi olsaydı, bizə başqa cavab verilərdi”. Şikayətçi qeyd edir ki, onkoloq Nərgiz baş həkim Sənan Əliyevin yanında məni və qızımı nalayiq ifadələrlə təhqir edib: “Bu adam baş həkimdən qətiyyən çəkinmir, saymazlıq edir, qapını çırpıb otaqdan çıxır. Görəsən, belə kimə güvənir?! Maraqlıdır, baş həkim onkoloqdan nə üçün çəkinir? – mənə sirr qaldı. Ancaq xərçəng xəstəsini bu qədər incitmək, aşağılamaq, süründürmək Allahsızlıqdır. Bütün əsəblərim gərginləşib, özüme cavabdeh deyiləm, intihar səviyyəsinə gəlmişəm…” Vətəndaşın düşdüyü vəziyyəti oxucular yəqin ki, dərin ağrı ilə qarşıladılar. Amma onunla üzbəüz dayanan baş həkimlə onkoloqun vicdanı zərrə qədər sızıldamayıb. Nərgiz həkim ən azından ona həmcinsi, bir qadın bir ana kimi baxmalıydı. Amma ölkənin səhiyyə sistemində rüşvət xərçəng kimi elə yayılıb ki, onkoloqları xəstəlikdən əziyyət çəkənlərin taleyi maraqlandırmır. Hövsandakı 23 saylı poliklinikanın baş həkimi Sənan Əliyevin və onkoloq Nərgiz xanımın gözünü rüşvət virusu elə tutub ki, vətəndaşın ağır durumunu da düşmən kimi qarşılayırlar.
шаблоны для dle 11.2

Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024
24 04 2024