Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (4-07-2020, 16:06)
Ermənistan Araz çayında ekoloji fəakət yaradıb – Dəhşətli görüntülər (FOTOLAR)

 


Ermənistanın nüvə tullantılarının Araz çayına axıdılmasına görə Parsabad əhalisinin əksəriyyətinin xərçəng xəstəliyinə tutulması ilə bağlı İranın Ali Vilayətlər Şurasında Ərdəbil nümayəndəsinin xəbərdarlığından sonra, Araz çayında böhranlı vəziyyətin yarandığını göstərən şəkillər yayılıb.

“AzPolitika.info" xəbər verir ki, son günlərdə Araz çayından yayılan görüntülər, Ermənistandan axıdılan yüksək konsentrasiyalı sənaye və nüvə tullantıları səbəbindən çayda minlərlə balıq və krevetkanın tələf olduğunu göstərir.

Sosial mediada yayılan görüntülərdə, çaya axıdılan tullantıların kimyəvi dozası yüksək olduğu üçün çayın rənginin yaşıla büründüyü görünür və yerli sakinlərin sözlərinə görə, üfunət iyi çayın sahillərinə yayılıb.

İranda yaşayan azərbaycanlı ətraf mühit və vətəndaş cəmiyyəti fəalları bildirir ki, sözügedən çirklənmənin Araz çayı boyunca yaşayan minlərlə sakinin sağlamlığına və həyatına təsiri baxımından, bu böhran, Urmiya gölünün qurumasına səbəb olan ekoloji böhrandan sonra, İranın şimal-qərbində və Azərbaycanın bölgələrində ən böyük və ən təhlükəli sayılır.

Son günlərdə Ali Vilayətlər Şurasında Ərdəbilin nümayəndəsi Puya Mucərrəd bildirib ki, Ermənistanın Araz çayına sənaye tullantıları axıtması nəticəsində Parsabad əhalisi kütləvi şəkildə xərçəng xəstəliyinə tutulur, bu baxımdan Ərdəbil vilayətində mədə-bağırsaq xərçənginə yoluxma statistikası birinci yerdədir: “Parsabad rayonunda hər bir ailədə ya yol qəzalarında, ya da xərçəngdən bir nəfər həyatını itirib”. (Aznews TV)









шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024