Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (11-02-2019, 09:58)
Cavid Qurbanov baş mühasibini özünə müavin gətirir

 QSC-nin xanım maliyyə bosu ildırımsürəti ilə vəzifələri fəth edir
“Azərbaycan Dəmir Yolları” QSC-nin Maliyyə İdarəsinin müdir müavini Vəsilə Abulova ilə bağlı AzToday.az ötən ay oxuculara ətraflı məlumat vermişdi. Həmin məlumatda vurğulamışqdıq ki, xanım Abulova 2016-cı ildə “Azərreyl” Voleybol Klubunda Baş Mühasib, 2 ay sonra isə Klubun Vitse-prezidenti vəzifəsində çalışmağa başlayıb. O, 2016-cı ilin may ayından “Azərbaycan Dəmir Yolları” QSC-də Yükdaşıma Departameninin Maliyyə rəisi, 2017-ci ildən “ADY” QSC-nin Maliyyə rəisinin müavini və eyni zamanda Azərbaycan Voleybol Federasiyasının Maliyyə məsələləri üzrə Vitse-prezidenti vəzifəsini daşıyır.
AzToday.az olaraq oxucularımıza məlumat vermişdik ki, Vəsilə xanım 2016-cı ildə “Azərreyl” Voleybol Klubunda baş mühasib vəzifəsinə təyinat alana qədər Əhmədlidə “Xruşşovka”ların birində kirayə yaşayırmış. Lakin 2016-cı ildə “Azərbaycan Dəmir Yolları” QSC-də işə düzəldikdən sonra qısa zaman kəsiyində Vəsilə Abulaova həm karyerasında sıçrayış yaşanıb və həmdə o sürətlə varlanmağa başlayıb.
Məlumatda vurğulanırdı ki, cəmi iki ay ərzində “Azərbaycan Dəmir Yolları” QSC-də ciddi karyera inkişafına nail olan xanım Abulova həmçinin Cavid Qurbanovla işçiləri arasında “səddə” çevrilməyi də bacarıb.
AzToday.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən daxil olan ilginc məlumata görə Cavid Qurbanov yaxın günlərdə Vəsilə Abulovanı özünə müavin vəzifəsinə gətirmək niyyətindədir. Artıq bu məsələ ilə bağlı lazımı addımlar atılıb və qərarın yaxın günlərdə veriləcəyi gözlənilir. QSC içindəki məlumatlı mənbəmiz iddia edir ki, Cavid Qurbanov Vədilə Abulovanı özünə müavin gətirməklə yaxın ətrafı arasında “dəmir sədd” çəkmək niyyətindədir.
Çünki “Azərbaycan Dəmir Yolları” QSC-də Cavid Qurbanova yaxın olan xeyli sayda məmur mövcuddur. İllərin dostluğundan sui – istifadə edən bu məmur qruplaşması isə QSC sədri Cavid Qurbanovdan gizlin maliyyə maxinasiyalarını yenədə davam etdirməkdədirlər.
Məhz buna görədə Cavid Qurbanov QSC-də baş verən bütün maliyyə maxinasiyalarını xanım Abulovanın əlində cəmləşdirmək istəyir. Çünki daim sədaqəti və işgüzarlığı ilə seçilən Vəsilə xanım QSC sədrinin korrupsioner dostlarından daha çox etibarlı biridir. Mənbə QSC-də yenədə korrupsiya ilə məşğul olan qruplaşmanın sədr tərəfindən zərərsizləşdirilməməsinin səbəbini şair qəlbli Cavid Qurbanovun illərin dostluğuna və kəsdiyi duz çörəyi tapdalaya bilməməsi ilə əlaqələndirir. Görünür Cavid Qurbanov yaxın aylarda QSC-dəki dostlarına Vəsilə Abulovanın vasitəsi ilə sərt üzünü göstərəcək…
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024