Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (11-02-2019, 07:48)
Vidadi Əliyev yeni vəzifə uğrunda mübarizəyə başladı

 Hacıbala Abutalıbovun qulağı “tender kralı” Ramazan Mirzəyevlə birlikdə yeni yaradılmış “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC -nin rəhbərliyini ələ keçirtmək istəyir.
Ötən həftə Baş nazir Novruz Məmmədov sərəncamı ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC yaradıldı. İşçilərinin say həddi 16 ştat vahidi müəyyən edilən “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacaq.
BŞİH-dən bildirilib ki, yeni yaradılan qurumun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq. Qeyd olunub ki, bu cür qurumlar bir çox ölkələrdə bu və ya digər formada mövcuddur.
Bakı meriyasından AzToday.az-a daxil olan ilginc məlumata görə yeni yaradılmış “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC qurumunun rəhbərliyi uğrunda artıq Kommunal Təsərrüfat Birliyi Departamenti sədrinin müavini Vidadi Əliyev mübarizəyə başlayıb. Məlumatda bildirilir ki, Vidadi Əliyevi adı çəkilən qurumun rəhbərliyi uğrunda mübarizədə “tender kralı” Hacı Ramazan Mirzəyevlə digər ortaqları və Baş nazirin müavini Hacıbala Abutalıbov açıq şəkildə dəstəkləyirlər.
Ortaqlar bütün əlaqələrini işə salaraq “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC -nin rəhbərliyinə öz adamlarını gətirtmək istəyindədirlər. Çünki paytaxt Bakıda həyata keçirilən əsaslı təmir- tikinti və abadlıq işlərinin maliyyə məsələlərinə nəzarət edəcək bu qurum Vidadi Əliyev, Hacı Ramazan Mirzəyev və ortaqları üçün çox önəmlidir. İllərdi paytaxt meriyasında həyata keçirtdikləri təmir-tikinti işləri sayəsində milyonçu oliqarxa çevrilən Vidadi Əliyev, Ramazan Mirzəyev və ortaqları yenidən bu sahəni tam nəzarət altına almaq istəyindədirlər.
AzToday.az-a daxil olan məlumata görə, qruplaşma “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC rəhbərliyini ələ keçirtmək üçün artıq Bakı meri Eldar Əzizovla danışıqlara başlayıblar. Məlumata görə Vidadi Əliyevlə Ramazan Mirzəyev Bakı merini razı salmaq üçün məsələyə 2 saylı Xəzinadarlıq İdarəsinin müdiri Nadir Qarayevin vasitəsi ilə Maliyyə naziri müavini Azər Bayramovu qoşmaq istəyirlər. Bir tərəfdən Baş nazirin müavini Hacıbala Abutalıbovun digər tərəfdən isə nazir müavini Azər Bayramovun məsələyə qoşulacağı Vidadi Əliyevlə Ramazan Mirzəyevi xeyli ümidləndirib. Ancaq maliyyə naziri müavinin Hacıbala Abutalıbovdan fərli olaraq Bakı meriyasındakı korrupsioner qruplaşmaya dəstək verməsi heç də inandırıcı deyil…
шаблоны для dle 11.2

Xəbər lenti
17 02 2019
17 02 2019
17 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
15 02 2019
15 02 2019
15 02 2019
15 02 2019
15 02 2019
15 02 2019

{sape_links}{sape_article}