Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (6-02-2019, 11:41)
Azəriqaz vətəndaşları necə çilədən çıxarır...

 Əhalini ən çox narazı salan kommunal xidmət qurumlarıdır ki, qış aylarında bu etirazlar daha da artır.

Son günlər yarıtmaz fəaliyyəti ən çox tənqid olunan qurumlardan biri də “Azəriqaz” İstehsalat Birliyidir. Xüsusən paytaxt Bakı əhalisini bu qurumun fəaliyyəti qətiyyən qane etmir. Əhaliyə verilən mavi yanacağın təzyiqi aşağıdır, bəzi yerlərə günlərlə qaz verilmir, çox hallarda təbii qazın verilişində fasilələr yaranır. “Azəriqaz” İB-nin əhaliyə göstərdiyi əsas “xidmət”in məzmunu bundan ibarətdir. 

“Azəriqaz”ın bu yarıtmaz fəaliyyəti tez-tez mediada, sosial şəbəkələrdə müzakirə olunur. Ayrı-ayrı tanınmış şəxslər, hətta millət vəkilləri qurumun qışın soyuğunda insanları imtahana çəkdiyini bildirərək etiraz səsini ucaldırlar. Milli Məclisin son iclasında deputat Elmira Axundova “Azəriqaz” İB-nin yarıtmaz fəaliyyətini sərt tənqid edib:

“Statistikaya görə, artıq bu il dəm qazından dünyasını dəyişənlərin sayı kifayət qədər çoxdur. Əgər günahın 50 faizi sadə vətəndaşlardadırsa, qalanı “Azəriqaz”ın üzərindədir. Gündüz saatlarında qaz zəifləyir, gecə isə 3-4 dəfə artır. Yaxud soyuq havada qazın təzyiqi vaxtaşırı artır, və ya azalır, bu da, faciələrə səbəb olur. Yeni tikilən evlərdə sayğacla yanaşı, təhlükəsizlik sistemləri də yerləşdirilməlidir. Köhnə evlərdə də həmin sistemlərin quraşdırılması məcburi olmalıdır. Həmçinin müvafiq qurumlar bütün evlərdə kütləvi yoxlamalara başlamalı, tüstü bacaların təmizlənməsinə və digər təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etməlidir. “Azəriqaz”ın işçiləri vətəndaşlarla humanist davranırlar, onlara problemlərin aradan qaldırılmasını təklif edirlər ki, gələn dəfə problem həllini tapsın. Amma gələn dəfə çox gec olur və vətəndaşlar növbəti bədbəxt hadisələrin qurbanı olurlar. “Qaz təchizatı haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsinin bəzi bəndlərində həmin məsələ ilə bağlı konkretliyi təmin etmək və cəzaları bir az da sərtləşdirmək üçün əlavə dəyişikliyə ehtiyac var. Bu qanunda qaydaların pozulmasına görə sadəcə vətəndaşların məsuliyyətindən bəhs edilir. Fikrimcə, buraya “Yoxlama və nəzarəti həyata keçirən orqanın məsuliyyəti” adlı yeni maddə də əlavə edilməlidir. Nəzarət edən vəzifəli şəxslərin cərimə məbləği artırılmalıdır. Nəzarətsizlik şəraitində ağır bədbəxt hadisə, kütləvi insan tələfatı baş verərsə, bununla bağlı Cinayət Məcəlləsində də məsuliyyət nəzərdə tutulmalıdır”,- deyə deputat bildirib.

Xatırladaq ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev dəfələrlə “Azəriqaz”ın fəaliyyətindən narazılığını bildirib. AXCP sədri bu qurumda islahatlara ehtiyac olduğunu vurğulayıb. Son çıxışlarından birində partiya sədri “Aidiyyati qurumlar ölkədə təbii qaz bolluğu olduğunu iddia etsələr də, bir sıra bölgələrdə, hətta paytaxt Bakı və ətraf kəndlərdə bunun əksi müşahidə olunur. Belə ki, təbii qazın verilişi tez-tez dayandırılır. Hətta bəzi kənd və qəsəbələrdə günlərlə qaz olmur”,- deyə vurğulayıb.

Razi Nurullayev əhalini qazsız qoyan məsul qurumların fəaliyyətini sərt tənqid edib: 

““Hazırda və növbəti illərdə Azərbaycanda təbii qaz qıtlığından söhbət gedə bilməz. Əksinə, təbii qaz bolluğu olduğuna görə idxaldan imtina edilib”. Bunu SOCAR nümayəndəsi İbrahim Əhmədov deyib. Bu, hələ harasıdır? Görün, “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev nə deyir: "Ölkə üzrə təbii qazın mövcudluğu və verilişi ilə bağlı hər hansı bir problem yoxdur". Bu boyda yalan olarmı? Elə Bakının kəndlərində ciddi qaz problemi var. Hələ də Novxanı kəndində sakinlər qazla evini qızdıra bilmir. Neçə nəfərin istixanası məhv oldu. Belə ağ yalan danışmaqla siz milləti təhqir edir və onlara gözdağı verirsiniz. Amma bilin ki, heç bir günah, oğurluq, talançılıq, rüşvətxorluq və cinayət cəzasız qalmır. Hər il nə qədər insan qazdan boğulub ölür? Çünki qaz təmizlənmədən əhaliyə satılır”.

Mütəxəssislər hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyinin Dövlət Neft Şirkətinin tərkibində olması doğru deyil.

“Hasilatla tədarükün bir əldə cəmlənməsi problemlərə yol açır. Ölkəmiz qaz ixracatçısıdır və açıqlanan rəsmi məlumatlarda ixrac həcminin mütəmadi artması öz əksini tapır. Bu məqamda qeyd etmək yerinə düşər ki, buna baxmayaraq Azərbaycanın hələ də qazlaşdırılmayan əraziləri var. “Azəriqaz” İstehsalat Birliyi rəsmi hesabatlarında ölkənin 95 faiz ərazisinin qazlaşdırıldığını bəyan etsə də, bu rəqəm inandırıcı görünmür. Ümid edək ki, “Azəriqaz”ın təmir-tikinti və yeni qaz xətləri çəkmək işləri yaxın zamanlarda yekunlaşacaq. Çünki sinoptiklər bir neçə gündən sonra havaların soyuyacağını proqnozlaşdırırlar”,-bunu isə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı deyib.

Maraqlı məqam ondan ibarətdir ki, “Azəriqaz” İstehsalat Birliyi səslənən bütün ittihamları birmənalı şəkildə rədd edir. Qurum rəsmi məlumatlarında iddia edir ki, “Azəriqaz” tam şəffaf işləyir və əhaliyə göstərdiyi xidmətdə heç bir problem yoxdur. “Azəriqaz” İB-nin mətbuat katibi İbrahim Kərbalayev son açıqlamasında əhaliyə verilən qazda heç bir problemin olmadığını deyib: 

“Ölkədə istehlakçılarımız tələbata uyğun təbii qazla təmin olunurlar. İki günün müqayisəsinə görə, təbii qazın sərfiyyatında 965 min kubmetr artım var. Belə ki, iki gün əvvəl qaz sərfiyyatı 32 milyon 239 min kubmetr olubsa, ötən gün respublika üzrə qaz sərfiyyatı 33 milyon 204 min kubmetr olub. Yay aylarında bu rəqəm 5-10 milyon kubmetr olur. Ötən günlə bu günün müqayisəsinə görə qaz sərfiyyatı 127 min kubmetr artıb”.

Rəsmi açıqlamaya istinad etsək, ölkədə mavi yanacaqla bağlı heç bir problem görünmür. Bəs o zaman bu qədər şikayətin kökündə nə dayanır? Problemin Milli Məclisin tribunasına qədər gedib çıxmasını nə ilə əlaqələndirmək olar? Həqiqət ondan ibarətdir ki, nə qədər deyilsə də, yazılsa da “Azəriqaz” yalnız təkzib verməklə məşğul olur və nəticədə problemlər həll edilmədikcə üst-üstə yığılır.
Cebhe.info
шаблоны для dle 11.2

Xəbər lenti
17 02 2019
17 02 2019
17 02 2019
17 02 2019
17 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
16 02 2019
15 02 2019
15 02 2019
15 02 2019
15 02 2019

{sape_links}{sape_article}