Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (22-11-2018, 14:28)
Nazim İbrahimovun qardaşının şok dələduzluqları

 Dünən məhkəməsi başlayan Sahib İbrahimovun hansı cinayətlərdə ittiham olunmasının detalları məlum olub. 
“Qafqazinfo”nun verdiyi xəbərə görə, S.İbrahimov külli miqdarda dələduzluq, vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilir.
Onun barəsində cinayət işi əvvəl “Sahil-D Kompani” şirkətinin vəzifəli şəxsi Adilağa Hüseynov barəsindəki işlə birgə aparılıb. Daha sonra S.İbrahimovla bağlı materiallar ayrıca icraata götürülüb.




 
“STS” şirkətinin 95 faiz payçısı və “Sahil-D Kompani” şirkətinin 25 faiz payçısı olmaqla təsisçi olan S.İbrahimov qardaşı İbrahim Nehrəmliyə məxsus “Avesta”nın binasında fəaliyyət göstərib. O, təsisçisi olduğu şirkətlərin tikdiyi binalardan mənzilləri müştərilərə satmaqla məşğul olub.
Bu məqsədlə Qurban Rüstəmovdan 42 min manat alaraq ona “STS” şirkətinin Səttar Bəhlulzadə 14 ünvanında tikdiyi binadan 48 kavdratmetrlik mənzil verəcəyini vəd edib. Lakin 2009-cu ildə həmin bina dövlət ehtiyacları üçün sökülüb və şirkətə kompensasiya ödənilib. Q.Rüstəmova isə “Sahil-D Kompani”nin tikdiyi Xətai rayonunda yerləşən binadan mənzil verəcəyini deyərək aldadıb və pulunu mənimsəyib. Həmin şirkətin direktoru Məzahir Cəfərov isə Q.Rüstəmovdan 62 min manat alaraq “RRR” MTK tərəfindən tikilən başqa bir mənzili ona satılması ilə bağlı saxta sənədlər verib. Həmin mənzil isə “RRR” MTK-nın direktoru Nizami Məmmədov tərəfindən öncədən qanuni əsaslarla Elşad Qənbərova satılıb.

Eyni üsulla S.İbrahimov vətəndaş Sədaqət Əsədullayevdən 75 500 dollar, İlqar Quliyevdən 81 000 dollar, Etibar Allahverdiyevdən 162 400 dollar, Mübariz Kazımovdan 96 400 dollar, Həlimə Ocaqverdiyevdən 58 431 manat, Habil Süleymanovdan 178 000 dollar, Ayxan Budaqovdan 130 000 manat, Elnur Nuriyevdən 94 220 manat, Ramiz Mürsəliyevdən 91 350 manat, Gülnar Alıyevadan 350 000 dollar, İsmayıl Cəfərovdan 126 000 manat, Zaur Mustafayevdən 202 000 manat və dgər şəxslərdən oxşar məbləğlərdə pullar alaraq mənsiməyib. Həmin adamlara saxta sənədlər əsasında ev satdığını qeyd edən arayışlar verib. Lakin həmin evdən daha öncə başqa şəxslər tərəfindən əls sahiblərinə satılıbmış.
S.İbrahimovun böyük əməllərindən biri də Teymur Əliyev küçəsində yerlşən villanı almaq olub. O, Zabir Hüsyenovdan villasını 2,6 milyon dollara alacağını vəd edib. Ona 500 min dollar nağd pul verib, 1,1 milyon dolların əvəzində Nəsimi rayonunda 3 mənzil verib, qalan 1 milyon dolları isə ödəməyib. Bir müddət sonra isə həmin pulun əvəzinə Z.Hüseynovun övladları Zaur, Zamiq, Könül və Gülbacıya – hərəsinə bir mənzil satdığını qeyd edilən saxta sənədlər verib. Daha sonra həmin mənzillərin başqa şəxslərin olduğu aydın olub.
S.İbrahimov həm də 1,5 milyon manatı vergidən yayınaraq ödəməməkdə ittiham olunur. O, paytaxtın Həsən Əliyev küçəsində “Galaxy Palace” MMC-nin adından yaşayış və qeyri-yaşayış sahələrindən ibarət binanı tikib mənzilləri və obyektləri sataraq dövlət büdcəsinə ödəməli olduğu vergini ödəməyib. Belə ki, 2012-2014-cü illər ərzində 1 milyon 438 min 925 manat pulu vergidən yayınmaqla ödəməyib.
S.İbrahimovun qanunsuz sahibkarlıqla məşğul olmaq maddəsi ilə ittiham olunmasının səbəbi məlum olub. O, “Galaxy Palace” MMC-nin adından tikdiyi binanı 2010-cu ildə Nərimanov rayon icra hakimiyyətinin sərəncamı və Bakı Şəhər İcra Haimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin layihəsi əsasında tiksə də, tikintiyə xüsusi lisenziyanı almayıb. Buna görə də qanunsuz sahibkarlıqla məşğul olaraq 1 milyon 61 min manat gəlir əldə edib.
S.İbrahimov Disaporla İş üzrə Dövlət Komitəsinin keçmiş rəhbəri Nazim İbrahimovun qardaşıdır.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018

{sape_links}{sape_article}