Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (20-11-2018, 11:39)
Goranboy Məşğulluq Mərkəzində şok yeyinti:

 Ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünəməşğulluq proqramının gerçək mahiyyətini yazmışdıq.

Nazirliyin Ağdam Məşğulluq Mərkəzinin vətəndaşlardan pul alaraq qoca mal-heyvan payladığını xəbər vermişdik. Cahan.info xəbər verir ki, eynisi Goranboyda olub. 

Musavat.com-a danışan Goranboyun Ərizalı kənd sakini Ariz Dəmirovun sözlərinə görə, Məşğulluq Mərkəzi tərəfindən verilən qoyunların qocalığından narazıdır.

“3-cü qrup əliləm, bacım Fəridə 2-ci qrup əlildir. Anam Firuduz şəhid bacısıdır. 3 il gedib-gəldim, iş vermədilər. Məşğulluq Mərkəzinin müdiri Nicat Məmmədov deyirdi ki, iş yoxdur. Vəziyyətimiz olduqca ağırdır. Məni özünüməşğulluq proqramına yazdı. 

1 ay Goranboyda Qocalar evində qoyun saxlamaqla bağlı təlim keçdilər, axırda da mənə qoca, əldən düşmüş qoyunları verdilər, dövlətə də guya 4 min manatlıq qoyun verilməsi haqda hesabat yazdılar”.

Onun sözlərinə görə təlimdə onlara yanı balalı qoyun veriləcəyi, həmin balaları böyüdüb satmaqla sığortaya pul ödəyəcəkləri bildirilib, heyvan saxlamağın qaydaları haqda dərs keçilib: 

“Maşından 20 arıq, əldən düşmüş qoyun endirdilər, bir də erkək qoç adı ilə çəlimsiz bir quzu qoyub getdilər. Səhər oldu, heyvanlara bir də baxdım. Gördüm ki, qoyunlar qocadır, ağızlarında dişləri belə yoxdur. 

Elələri var ki, gözləri görmür. Boyunlarına ip bağlayıb gəzdirməkdən bezmişəm. Qohum-qonşu qoç adı ilə verdikləri çəlimsiz quzunun südyanığı olduğunu deyirlər. 

Qoyunların eləsi var, qocalıqdan tükləri tökülüb. Aralarında ayağı şikəst olanı da vardı, mənə verəndən 2 gün sonra səhər baxdım ki, tövlədə ölüb. Qabaqlarına ot qoyuram, üzümə baxıb mələyir, yemirlər. Ağızlarında dişləri yoxdur axı ot yeyə bilsinlər”.

Sənədlərdə 21 qoyunun 4 min manat olması haqda qeyd olmasına rəğmən faktiki qiymətlərinin qat-qat ucuzdur. 

Cahan.info xəbərlər.az-a istinadla yazır ki, Goranboy Məşğulluq Mərkəzində yeyinti hallarıdurmadan artır. Dövlət başçısının gördüyü abadlıq işlərinə kölgə salınmaqda davam etdirilir.

Sakinlər Goranboy rayon Məşğulluq Mərkəzində baş verən saxtakarlıqlardan yorulub. Məşğulluq Mərkəzinə təqdim edilən iş yerləri çox sayda vətəndaşın adına rəsmiləşdirilib. 

Bu qanunsuzluqlar birbaşa mərkəzin direktoru Nicat Məmmədovtərəfindən aparılır. Rayon şöbəsində yaratdığı “komandanın” sayəsində dövlətin milyonlarını mənimsəyirlər.

Burada əsas məsələ nazirliyin köhnə qanunları ilə işləməsi, sosial müavinətin ayrılmasında rüşvətə yol verilməsidir. 

Belə ki, müavinətin təyinatı sektoru qanuni şəkildə yardım alacaq şəxslərin sənədlərində əmma taparaq ya nəğd pul, ya da 4 aylıq yardım məbləğini mənimsəyiblər.

Bu qədər qanunsuz işlərinə baxmayaraq vəzifədə qalmasına "day-daylıq" edən isə keçmiş aparat rəhbəri Əjdər Ol imiş. Çünki bütün işlər onun başçılığı ilə görülüb. 

Hətta qaz idarəsinddə olan ştatlarda işə düzəlmək üçün vətəndaşlardan qanunsuz olaraq 700-800manat alınıb, dövlətin imkansız ailələrə ayırdığı mal - qara üçün hər ailədən 500-1000 manat pul tutublar.

Görünür Məmmədovprezident İlham Əliyevin son tapşırıqlarına qarşı gedir. Ölkə başçısı bildirib ki, iş adamlarına şərait yaradılmalıdır, süni qiymət artımı yolverilməzdir. 

Ancaq onlar dövlət rəhbərinin sözlərini nəinki qulaqardı edir, hətta ölkə başçısının gördüyü işlərə kölgə salmağa çalışır, sadə vətəndaşların dövlətə olan inamını itirməyə cəhdlərindən daşınmırlar.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
14 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018
13 12 2018

{sape_links}{sape_article}