Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (18-10-2018, 13:07)
Qida Təhlükəsizliyi Agentliyində Balarəhim Quliyev ruzigarı

 

 

Artıq bir neçə aydır ki, ölkədə Qida Təhlükəsizliyi Agentliyi yaranıb və kifayət qədər səlahiyyətlərə malikdir. 

Hətta Kənd Təsərrüfatı Nazirliyinin bir sıra səlahiyyətləri də bu agentliyə verildi və proqnozlaşdırılırdı ki, agentlik kifayət qədər şəffaf fəaliyyət göstərəcək və illərdir ki, yığılıb qalan problemlər aradan qaldırılacaq. Agentliyə Qoşqar Təhməzlinin sədr təyin edilməsi isə ümidləri daha da artırırdı. Tək elə buna görə ki, fəaliyyəti dövründə heç zaman adı hansısa çirkli işlərdə hallanmayıb, dəfələrlə ən yüksək mükafatlara layiq görülüb və Qarabağ savaşında iştirak edib. 

Amma deyəsən agentlikdə son zaman baş verən bəzi proseslər göstərir ki, agentlikdə ciddi qruplaşmalar yaranıb və bu qruplaşmalardan ən ciddisi sədr müavini olan Balarəhim Quliyevin rəhbərlik etdiyi qruplaşmadır. Qeyd edək ki, bu ad oxuculara onun hələ Suraxanı Tibbi Bərpa Mərkəzində direktor və uzun illər rüşvət yuvasına çevrilmiş Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində rəis müavini vəzifəsində çalışdığı zamandan tanışdır. 

GundemXeber.Az-a daxil olan məlumata görə Balarəhim Quliyev baytarlıq xidmətində qurduğu iş sistemini indi də agentlikdə formalaşdıra bilib və bir zamanlar onunla birgə baytarlıqda çalışan şəxslərlə yaratdığı şəbəkə əsasında köhnə ab-havanı qoruyub saxlamaqdadır. Çox maraqlıdır ki, agentlikdə çalışan müəyyən şəxslər var ki, onlar üçün Balarəhim Quliyevin əmri, Qoşqar Təhməzlinin əmrindən daha üstündür. Çörək verən oğlan kimi “tanınan” Balarəhim Quliyev artıq öz köhnə iş metodunu agentlikdə də tam bərpa edə bilib. Ümumiyyətlə agentlikdə baş verənlərlə bağlı araşdırmamızı tamamlayandan sonra nəzərinizə çatdıracağıq. Hələlik isə bunu demək olar ki, Qoşqar Təhməzli yaxın bir neçə ay ərzində agentliyə nəzarətini artırmasa bu agentliyə olan ümidlər yox olcaq. 

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024