Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (17-10-2018, 12:54)
Mikayıl Cabbarov hələ də DGK-nı tələb edir...

 

 

Mediatv.az - Hələ son prezident seçkilərindən əvvəl belə bir ideya var idi ki, Dövlət Gömrük Komitəsi Vergilər Nazirliyinə birləşdiriləcək. Amma bu baş vermədi. Əvəzində VN-nin tərkibində formal olaraq gömrük sisteminə nəzarət edən bir qurum yaradıldı və yenə də formal olaraq VN ilə DGK arasında memorandum imzalandı. Təbii ki, bütün bunlar gömrük sistemindəki ənənəvi eybəcərliklərin aradan qaldırılması üçün yetərli ola bilməzdi. Olmadı da...

DİA.AZ xatırladır ki, günü bu gün də DGK sistemi ilə bağlı şikayətlərin ard-arası kəsilmir, eyni zamanda gömrükdə büşahidə olunan ənənəvi büdcə qarəti yenə də öz tempi ilə cərəyan etməkdədir. Bu isə təbii ki,dövlətin müvafiq qurumlarını narahat etməkdədir.

DİA.AZ-a bilgili qaynaqlardan daxil olan məlumatlarda deyilir ki, günü bu gün də Vergilər Naziri Mikayıl Cabbarov DGK-nın VN-yə birləşdirilməsi tələbini davamlı olaraq səsələndirməkdədir. Hətta bu barədə dövlətin müvafiq instansiyalarına VN adından bir hesabat-təklif xarakterli sənəd də ünvanlanıb ki, gömrük sistemindəki vəziyyətin gərginliyinin aradan qaldırılmasına yeganə çıxış yolu kimi VN-yə birləşdirilmə ideyası yer alır.

Mənbənin dia.az-a söylədikləri: "Təbii ki, Səfər Mehdiyev DGK-da islahatçı kimi tanına bilməzdi. Onun gəlişi yalnız Səfər Mehdiyevin adamlarını sevindirdi. Gömrükdə vəziyyət əvvəlki kimidir. Bəlkə də əvvəlkindən də betərdir. Səfər Mehdiyev bu işi bacara bilməzdi. Çünki o, köhnə biabırçı sistemin ən parlayan rıçaqlarından biri olub. İndi bu adam nələrisə yaxşıya doğru dəyişə bilməzdi axı...

Ona görə də Mikayıl Cabbarov tələbində və inadında haqlıdır. Yəqin ki, bu məsələ dövlətin diqqətini həlledici formada cəlb edəcək. Əks halda gömrük sistemi uçuruma döğru gedir. İtirən isə dövlətdir. Özü də konkret milyonlarla ölçülən rəqəmlərlə..."

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəflərin də mövqelərini işıqlandırmağa hazırıq... 

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024