Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (25-09-2018, 12:22)
Səfər Mehdiyevin "QARA SİYAHI"SI...

 

 

 

DİA.AZ: - Səfər Mehdiyevin Dövlət Gömrük Komitəsinə rəhbər təyinatından sonra baş verən dəyişiklikləri bir cümlə ilə ifadə etmək olar: DGK sədri sistemi özününküləşdirir...

Əslində, zamanında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun sayəsində bir fiqura çevrilmiş Səfər Mehdiyevin son addımlarının FHN şefinə qarşı istiqmətlənmiş kimi təqdim olunması təbii qarşılanmalıdır. Çünki bu, reallıqdır və reallıq ondan ibarətdir ki, "rüşvəti və xəyanəti" bağışlamayacğını bildirən hətta pz işçisini rüşvət alarkən" yaxalayan" Səfər Mehdiyevin bütün fəaliyyətində nəzərə çarpan bir həqiqət var: Baş verənlər heç də yaxşı nələrisə vəd etmir və bütün baş verən birbaşa olaraq Səfər Mehdiyevin şəxsi maraqları fonunda cərəyan etməkdədir...

DİA.AZ bildirir ki, bu prosesdən ən çox zərbə alanların başında Kənaləddin Heydərovun adının gəldiyini söyləməkdə haqlıyıq. Çünki gömrükdən "təmizlənənlərin" əksəriyyətinin məhz Kəmaləddin Heydərova sədaqətli və yaxud da qohum olduğunu görməmək mümkün deyil. Onlarda Səfər Mehdiyevi qane etməyən yeganə cəhət də məhz bu idi: Kəmaləddin Heydərova yaxınlıqları...

Buna görə də "rüşvətlə" yanaşı həm də "xəyanətlə" varışmayacağını iddia edən Səfər Mehdiyev öz işçisini hədəfə çevirdiyi zaman daha çox XƏYANƏT məsələsinə önəm verdiyini tam çılpaqlığı ilə hiss etdirmiş oldu. Yəni realda rüşvət-müşvət boş şey idi... Ələ verilən adam məhz Səfər Mehdiyevə xəyanət etmişdi. Ona görə də o, "gömrük işçilərinə saxta xidmət" ittihamı ilə həbs olundu. Bunu hər kəs yaxşı bilir ki, istənilən bir DGK əməkdaşını istəınilən vaxt konkret real ittihamlarla həbs etmək, etdirmək mümkündür. Belə olan təqdirdə kimlərsə hədəfə çevrilmirsə, deməli, Səfər Mehdiyevin işinə yarayır. İşinə yaramayanlar isə təbii hədəflərdir...

DİA.AZ-a danışan mənbə bildirir ki, Səfər Mehdiyev "təmizləmələrini" davam etdirəcək. Qaynağın söylədikləri: "Proses davam edəcək. Çünki gömrük sistemini başdan-başa Kəmaləddin Heydərov qurub. Səfər Mehdiyevin "görməli olduğu işlər" hələ çoxdur. Sırada kimlərdir? Bunu zamanla biləcəyik. Səfər Mehdiyev özünə bir "qara siyahı" da hazırlayıb. Həmin siyahı üzrə də hərəkət edir"...

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. Bütün maraqlı tərəfləri dinləməyə hazırıq... 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024