Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (25-09-2018, 12:10)
 Azərbaycandan oğurladığı pulları rahatlıqla yeyə bilmədi...

 

 

 

 

Ölkədən xaricə kapital axını prosesinin önündə gedənlərdən olan türkiyəli iş adamı Emin Uçar Gürcüstan qanunları qarşısında aciz qalıb. 

Türkiyəli iş adamı, “Maqro Construction” şirkətinin rəhbəri Emin Uçarın fəaliyyətinin əsas hissəsi və ona böyük sərvət qazandıran işləri Azərbaycanla bağlı olsa da, əldə etdiyi sərmayələri postsovet ölkələri olan Gürcüstan və qismən də Belarusa yatırması birmənalı qiymətləndiriləcək hal deyil. 

Dünyanı cənginə alan maliyyə-iqtisadi böhranın davam etdiyi dönəmdə malik olduğu sərmayəni Azərbaycana deyil, digər ölkələrə yatıran Emin Uçar son bir neçə ildə Gürcüstanda həyata keçirdiyi genişmiqyaslı layihələri mediada geniş işıqlandırmaqla özü barəsində “uğurlu iş adamı” obrazı yaratmağa çalışır. Uçar rəhbəri olduğu “Maqro Construction”un Gürcüstana yatırım edən əcnəbi şirkətlərin ilk onluğuna daxil olmasını da fəxrlə təbliğ edir. 

Sözügedən şirkət Gürcüstanda əsasən, inşaat, istehsal və xidmət sektorlarında fəaliyyət göstərir. Məlumata görə, Uçarın şirkəti Tiflisdə “Green Budabest” yaşayış kompleksini və dördulduzlu “Mercure Tbilisi Old Town” otelini inşa edərək, artıq istifadəyə verib. Şirkət Tiflisdə daha bir yaşayış kompleksi – “Green Diamond”un da inşasını planlaşdırır. 

Eyni zamanda, şirkət Gürcüstan paytaxtında restoran və mağazalar şəbəkəsi qurub. Uçar Gürcüstan və Belarusun inşaat və mebel sektoru ilə yanaşı qida sənayesində yer tutmaq niyyətindədir. Bunlardan başqa, “Maqro Construction” Türkiyənin Doğubayazıt bölgəssində 600 nəfərin çalışacağı və 185 milyon lirəyə başa gələcək sement zavodunun da inşasını davam etdirir. 

Ancaq təəssüf ki, ilk baxışda kifayət qədər uğurlu fəaliyyətin nəticəsi kimi görünən bu işlərin arxasında heç də təmiz olmayan yetərincə məqamlar var və onlar əsasən, Emin Uçarın özü ilə əlaqələdir. Bu zaman əlbəttə ki, sövq-təbii yaranan “Emin Uçar kimdir?” sualına cavab vermək lazım gəlir. 

Qeyd olunduğu kimi, fəaliyyətinin əsas hissəsi Azərbaycanla bağlı olan Emin Uçar ölkəmizə yeni əsrin ilk illərində kiçikçaplı iş adamı vəziyyətində gəlib. Bİr müddət sonra Azərbaycanın biznes mühitinə daxil olmağı bacaran Uçar miqyaslı iş adamları ilə yaxın əlaqələr qurmağa nail olur. Nəticədə ciddi biznes layihələri olmayan Uçar həmin iş adamlarından bəzilərinin bizneslərinin idarəçiliyini öz əlinə ala bilir. 

Belə iddialar da var ki, Uçar Azərbaycanda topladığı, daha sonra isə Gürcüstan və Belarusa yatırdığı kapitala ona etimad göstərmiş iş adamlarına qarşı yol verdiyi fırıldaqlar hesabına sahib olub. Necə deyərlər, şərhə ehtiyac yoxdur. 

Ümumiyyətlə, maliyyə-iqtisadi böhran dalğasında kapitalın istənilən ölkədən xaricə çıxarılması yumşaq desək, müsbət qarşılanmır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da belə bir tendensiyanın olduğunu bildrirərək, bir sıra iş adamlarının öz kapitallarını xaricə çıxardıqlarını və ya buna hazırlıq gördüklərini vurğulamışdı. 

Analoji vəziyyət Azərbaycanda da qeydə alınıb. 2014-cü ildə başlayan maliyyət böhranının ilikin dalğasında, xüsusilə 2015-ci ildə baş verən iki devalvasiyadan sonra bəzi iş adamları sərvətlərini müxtəlif yollarla xaricə çıxarmağa başladılar. Hətta bu zaman yaxalananlar da oldu. 

Təxmin etdiyiniz kimi, Emin Uçar da bu dalğadan kənarda qalmayıb. Öz kapitalı olmayan, Azərbaycandakı nüfuzlu dostlarının və iş gördürüb, pulunu vermədiyi iddia olunan iş adamlarının hesabına milyonçuya çevrilən Uçar böhranı fürsət bilərək, mənimsədiyi pulları tez-tələsik xaricə ötürdü. 

Yuxarıda da qeyd edildi, Uçar həmin milyonlarla Gürcüstan və Belarusda geniş inşaat layihələri həyata keçirdi, fabriklər açdı, istehsala baş vurdu, Türkiyədə sement zavodu tikdirir və sair. “Uçar nəyə görə o sərmayəni Azərbaycana yatırmadı?” sualı isə açıq qalır…

Azərbaycandan oğurladığı pulları rahatlıqla yeyə bilmədi...

Ancaq əldə qetdiyimiz məlumata görə, Uçar o barədə nə qədər fəxrlə danışsa da, həyata keçirdiyi fəaliyyətin mediada təbliğatını aparsa da, onun Gürcüstandakı işləri qətiyyən rəvan getmir. Hətta bildirilir ki, yerli qanunvericiliyin tələblərini pozduğu üçün məhkəməyə verilən Uçar barəsində küllli miqdarda maliyyə cəriməsi də kəsilib. 

Xəbərə əsasən, Uçar və onun əməkdaşlıq etdiyi podratçı şirkətlər arasında ödəniş məsələsinə görə ciddi insident yaranıb. Konkret desək, Uçar podratçı şirkətlər üçün “yuxarı”lardan aldığı pulu öz ünvanına – podratçılara çatdırmayıb, yaxud da həmin vəsaitlərin əhəmiyyətli hissəsini mənimsəyib. Yəni Uçara Azərbaycanda milyonlar qazandıran o “priyom” Gürcüstanda keçməyib və nəticədə iş adamı hakim qarşısına çıxarılaraq, cəzalandırılıb. 

Ancaq böyük ehtimalla, Gürcüstan hüquq-mühafizə orqanları bununla kifayətlənməyəcək, Uçarı “sonuncu dalan”a qədər təqib edəcəklər…

Tiflis məhkəməsi ətrafında baş verənlər, satın alınmaq istənilən vəkilin tarixi cavabı gələcək yazının mövzusudur. /7news.az 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018
11 12 2018

{sape_links}{sape_article}