Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (20-09-2018, 12:21)
"Bu küçə göydən düşməyib ki?!"

 

 

Bakıda doğurdan da yollar bitər, problem bitməzmiş. Bir zamanlar şayiələr yayırdılar ki, şəhərin yolları qızıldan olacaq, hər səhər şampunla yuyulacaq.

Amma bura Amsterdam deyil. Ona görə paytaxtın yolları, küçələri, ara məhəllələri yamaq-yamaq, dağım-dağımdır.

Məsələn, siz metronun “Koroğlu” stansiyasından Zabrat qəsəbəsinə gedən yolda ilk işıqfordan sola dönün. Bu zaman qarşınıza bir məhəllə çıxacaq.

Darısqal, maşınların çiyin-çiyinə getdiyi bu məhəllə Sabunçunun Elşən Mehdiyev küçəsidir, köhnədən isə II Mədən adlanır.

E.Mehdiyev küçəsi Suriyanın müharibə görmüş Rakka şəhərinə oxşayır: yollar darmadağın, qazıq-qazıq, kələ-kötür vəziyyətdədir. Avtomobillər bu küçədə çuxurların başına dolanaraq keçirlər, qaranlıqda isə gözün görməsə sanki quyuya düşürsən…

Məhəllənin sakinləri həm “Azərbaycan Avtomobil Yolları Agentliyi”, həm Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət ediblər ki, özləri gəlib görsünlər.

Yəqin ki, hər iki qurumun əməkdaşları xidməti avtomobillə E.Mehdiyev küçəsinə təşrif buyursalar, bu acınacaqlı mənzərənin şahidi olarlar, maşınları nə günə saldığını görərlər.

Ən əsası yağışlı havalarda bu küçəyə girmək olmur. Məktəblilər əziyyət çəkirlər, yaşlı adamlar qaloşdan istifadə edirlər.

Yəni, bura Amsterdam deyil, 2018 geridə qalır və inkişafda olduğu deyilən Bakının mərkəzdən uzaq olmayan bir yaşayış massivində Zimbabvedə, Mozambikdə olan yol problemi var.

Sakinlərin sözlərinə görə, AAYDA bu küçənin onların balansında olmadığını bildirib. Sabunçu RİH isə yaxın durmur.

Ona görə çarəsiz qalan sakinlər ironiya ilə bildirirlər ki, yolun düzəldilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinə ya da Xarici İşlər Nazirliyinə müraciət etməyə hazırlaşırlar.

“Bu küçənin yolları göydən düşməyib ki?! Bir müddət əvvəl məcbur qalıb özümüz pul yığdıq, yola “obxod” tökdük, ancaq çi fayda?!

İndi də heç bir aidiyyatı qurum öz üzərinə götürmür. Ona görə Elmar Məmmədyarovla İnam Kərimova gözümüzü dikmişik, bəlkə onlar bizə asfalt çəkərlər”, – sakinlərdən biri istehza ilə şikayətlənir.

O, qabaqdan qış gəldiyini, yağışlı günlərin başladığını bildirir və yolların bərbad günə düşəcəyini, məktəblilərin palçıq içində olacağını yada salır. Deyir ki, tezliklə əlaqədar qurumlar tədbir görməlidirlər…

"Bu küçə göydən düşməyib ki?!"
"Bu küçə göydən düşməyib ki?!"
"Bu küçə göydən düşməyib ki?!"
"Bu küçə göydən düşməyib ki?!"
"Bu küçə göydən düşməyib ki?!"

шаблоны для dle 11.2

Xəbər lenti
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024
17 03 2024