Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (13-09-2018, 13:00)
Hakim deputat oğlunun təzminat ödəməsi haqda qətnaməni vermir

Hakim deputat oğlunun təzminat ödəməsi haqda qətnaməni vermir

 

Binəqədi rayon Məhkəməsinin hakimi Kamran Əsədov (Ali Məhkəmənin keçmiş hakimi Bağır Əsədovun oğlu) Əfv Komissiyasının üzvü, deputat Elmira Axundova və onun oğlu Həbib Axundov barəsində şikayətçilərə məhkəmə qətnaməsini vermir. AzEuroNews.com-un əldə etdiyi məlumata görə, hakim qanunu niyə pozması haqda sualları cavablandırmaqdan da yayınır.


Deputat Elmira Axundova
Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun 10 min manat təzminat ödəməsi barədə məhkəmə qətnamə çıxarıb. O, vaxtı ilə parlament seçkisində anasının nümayəndəsi olmuş Fərman Məmmədova görə cəzalandırılıb. Deputat oğlu Fərman Məmmədov haqda yalan məlumatlar yaydığına görə cəzalandırılıb. Binəqədi Rayon Məhkəməsində bu çəkişmə 3 il yarım davam edib. İşdə məhkəməyə ilk müraciət edən Həbib Axundov özü olub. O, 5 nəfərə – Fərman Məmmədov, Şahin Məhərrəmov, Elvin Vəliyev, Sabir Ağayev və Firuz Həşımova qarşı iddia qaldırıb. O, iddia edirdi ki, bu adamlar müxtəlif sayt və qəzetlərdə onun barəsində şərəf və ləyaqətini ləkələyən, yalan məlumatlar yayıblar. Bundan sonra Fərman Məmmədov da məhkəmədə deputatın oğluna qarşı eyni məzmunlu qarşılıqlı iddia qaldırmışdı.


Kamran Əsədov
Hakim Kamran Əsədov deputat oğlunu cərimələməklə yanaşı, onun da 5 nəfərə qarşı iddiasını qismən təmin edib – adları çəkilən şəxslərin hər birindən 10 min manat tutulub H.Axundova ödənilməsini təmin edib. Məsələnin maraqlı tərəfi budur ki, hakim Kamran Əsədov məlum qətnaməni çıxarandan dərhal sonra deputat oğlunun nümayəndəsinə qətnamədən çıxarış verib. Elmira Axundovanın oğlundan şikayətçilərə isə dəfələrlə müraciət edilməsinə baxmayaraq qətnamədən çıxarış vermir. Qətnamənin elan edilməsindən isə 10 gün müddət keçir. Hakim K.Əsədov isə bunu qətnamənin hazır olmaması ilə izah edir.

Elnur İbrahimov
Şikayətçilərlə Elmira Axundova və oğlu arasında böyük pul qalmaqalı var. Həmin məsələ ilə bağlı hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə davam edir. Birgə iş qurmaq adı ilə onlarla şəxsi aldadıb pullarını əllərindən almaqda suçlanaraq həbs olunan Elnur İbrahimov isə Həbib Axundovun dostudur. Ancaq Fərman Məmmədov və digərləri iddia edir ki, onlar pulu deputatın oğluna veriblər.

Həbib Axundov 
İş materiallarından da görünür ki, məsələn, Fərman Məmmədovdan alınmış pulun bir hissəsini deputat Elmira Axundova özü qaytarıb.
Küllü miqdarda dələduzluq əməli törədilməsində təqsirli bilinən və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində istintaqı gedən Elnur İbrahimov 8 nəfərə qarşı cinayət törətməkdə təqsirli bilinsə də, məhkəmədə “Həbib nə deyir düz deyir” deyə deputat oğlunu müdafiə etməyə çalışır. İş materiallarında, elə Həbib Axundovun istintaqda verdiyi ifadələrdə bu işin deputat oğlu ilə Elnur İbrahimov və adları istintaqa məlum olmayan şəxslərin iştirakı ilə baş tutmasını təsdiq edən məqamlarla zəngindir.
Həbib Axundov istintaqa verdiyi ifadəsində zərərçəkmiş Fərman Məmmədovdan alınmış pula zamin durduğunu etiraf edib.

Fərman Məmmədov
Zərərçəkənlərdən Fərman Məmmədov Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə bağlı mətbuata açıqlama verib. O, qətnamənin qərəzli və ədalətsiz olduğunu deyib.
Onun dediklərindən sitat: “Qətnamədən apelyasiya şikayəti verəcəyik. Kamran Əsədov faktiki heç bir araşdırma aparmadı. Son iclasda məhkəmə qətnaməsini elan etmək üçün müşavirə otağına getdi və 5 dəqiqəyə qayıdıb gəldi və qətnaməni elan etdi. 5 dəqiqəyə qətnamə yazmaq mümkün deyil. Kamran Əsədovdan əvvəl bu iş 2 hakimdə olub. Görünür, onlar belə qərəzli qətnamə çıxarmaq istəməyiblər, ona görə proses 3 il yarım uzanıb. Qətmanədə elə məqalələrə istinad olunub ki, mənə heç bir aidiyyəti yoxdur”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024