Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (13-08-2018, 12:06)
Əbülfəz Məlikov dövləti necə sabotaj edir...

 Əbülfəz Məlikov dövləti necə sabotaj edir...

 

DİA.AZ: - Zamanında ölkənin gömrük sistemində böyük pullar qazanmış sabiq bir nömrəli broker, Transservice MMC-nin keçmiş rəhbəri Əbülfəz Məlikovla bağlı redaksiyamıza ilginc iddiaların yer aldığı məlumat göndərilib. Xəbəri DİA.AZ-a verən qaynaq iddia edir ki, bu gün ölkədə meyvə-tərəvəz bazarındakı bahalaşmada, bu bahalıqla dövlətin qida siyasətini sabotaj etməkdə əsas iştirakçı elə keçmiş broker Əbülfəz Məlikov cənablarının özüdür.

Mənbənin dia.az-a yolladığı məlumatın bəzi məqamlarını diqqətinizə təqdim edirk: "2016 ci il aprelin 11 də Prezidentin sərəncamına əsasən Ərzaq məhsullarının tədarükü və təchizatı ASC-i yaradıldı.Sərəncama əsasən Meyvəli MMC-nin rəhbəri Əbülfət Qocayev ASC-nin idarə heyətinin sədri təyin edildi. Prezidentin sərəncamına əhəmiyyət verməyən məmurlar ASC-nin fəliyyətindən istədikləri formada faydalanmağ üçün Əbülfət Qocayevi kənarda saxlamaq qərarına gəldilər.

Həmin vaxt Gömrükdə birinci muavin olan Səfər Mehdiyev Meyvəli Bazarına gələrərək Əbülfət Qocayevlə görüşərək gizli razılaşmaya nail olmuşdu.Səfər Mehdiyevin rəddolunmaz təklifinin qarşılığında Əbulfət Qocayevdən ASC-nin işinə qarışmaması tələb olunub. Bu razılaşmadan sonra Əbülfəz Məlikov ASC-nin işini nəzarətə götürür. Transservice MMC-də oz muavini olan Xaliq Məmmədovu Ərzaq mallarının tədarük və təchizatı ASC-nin idarə heyətinin sədr muavin təyin edir.Bundan sora Transservice MMC-nin ( həmin vaxtı artıq bağlanmışdı) ışçilərini ASC-yə gətirir.Beləliklə ölkənin ərzaq tədarükünü ələ alır".

Daha sonra dia.az-a daxil olan məlumatda deyilir: "Əbülfəz Məlikov həftədə bir dəfə ASC-yəgələrək (Meyvəli bazarın ərazisindəki Black Mount Hotel) ASC-nin Sədr muavinlərinə və Şöbə müdirlərini icas kecirdərək tapşırıqlarını verir.Bu göruşlər gizli olduğu üçün Əbülfəz Məlikov Qaradağ Mount Hotelə arxa hissəsindən xususi məxfiliklə gəlir".

Qeyd edək ki, son günlər cəmiyyətdə əsas müzakirə mövzularından biri elə meyvə-tərəvəzin qiymətinin baha olması, hətta mövsümi meyvə-tərəvəz məhsullarının belə əvvəlki illərlə müqayisədə qat-qat baha satılması faktıdır. İndi isə aydın olur ki, bütün bu bahalıq vahid mərkəzdən idarə olunan prosesdir və bu işdə gömrükdən sel suyu kimi pul qazanmış Əbülfəz Məlikov baş rolu ifa etməkdədir.

Bütün bu iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin... 
шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024