Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (10-08-2018, 12:46)
Əhmədzadənin işçisi üçün nə qayda var, nə də düzən...

 

 

 

Son günlər bəzi məmurlar tutduqları posta və ya güvəndikləri adamlara arxayın olub cənab prezident İlham Əliyevin verdiyi göstərişlərin vəzifə səlahiyyətlərini aşmaqla qanunlarımızı pozmağa çalışırlar.Bu da sonda yaxşı nəticə vermir,insanlarla dövlət arasında müəyyən narazılıqlar yaradır.
XəbərAl.az bildirir ki, bu yaxınlarda ölkə başçısı cənab İlham Əliyev rayonlarda qanunsuz işləyən daş karxanalarının bağlanması və onların fəaliyyətinin yoxlanılması ilə bağlı aidiyyatı qurumlara tapşırıqlar vermişdir.Bu sərəncam bütün rayonlara şamil olunsa da, nədənsə İmişli rayonu Bəciravan və Qaravəlli kəndinin ərazisində Sumelarasıya Açıq Səhimdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin karyeri kimi tanınan bu yerdə hələ də qanunsuz fəaliyyətdədi.

Hal-hazırda İmişli rayonunda karyerlər fəaliyyətini müəyyən yoxlamalara görə dayandırsa da, əslən Sabirabad rayonundan olan Zakir Quliyev yüksək postda olduğundan yaxın qohumunun adına olan karxana qanunları pozaraq Cənab prezidentin göstərişinə məhəl qoymayaraq fəaliyyət göstərir.İmişli rayonu Bəciravan və Qaravəlli kənd ərazisində yerləşən "kirişası"Zakir Quliyev olan karyerdə sürətli satış gedir.Əksər hissəsini qum istehsalı təşkil edən karyerdə Ekologiyanı zəhərləyən və bir də qanunsuz Elektirik qoşulması ilə insanların həyatları üçün təhlükəli olan texniki standartlara cavab verməyən kənd camaatını toza basaraq,yollarını pis günə qoyaraq öz bildiklərini edirlər.
Kənd camaatı XəbərAl.az-a bildirir ki, Cənab prezident İlham Əliyevin verdiyi sərəncamı kobudcasına pozurlar , kənd yolları dövlət tərəfindən əsaslı təmir olunsa da Zakir Quliyevin karyerinə gələn yük maşınları yolları pis vəziyyətə salıb.
XəbərAl.az-a daxil olan məlumata görə, karyerə rəhbərlik edən Zakir Quliyevin həmyerlisi əslən Sabirabadlı Kamran və Kamal adlı şəxslərdir
Bu yaxınlarda da kənd sakinlərinin birinin maşınını oradan material daşıyan ağır tonnajlı maşınlardan biri sürətlə gələrək əzib
Kənd sakini Zakir Quliyevin karyerinə cavabdehlik edən Kamran adlı şəxsə müraciət etsə də Kamran gülərək " əzib əzib də, mənimdə maşınımı vururlar nə olsun nə varki burda?"-deyə cavab verib.
Bir sözlə Kamran Və Kamal cütlükləri Zakir Quliyevə arxayın olaraq İmişli camaatına və Bəcrivan Qaravəlli əhalisinə qan uddurur, Azərbaycan qanunlarını tanımırlar.
Deyilənə görə, kənd sakinləri Cənab prezident İlham Əliyevə və digər aidiyyatı qurumlara yazılı formada müraciət hazırlayırlar
XəbərAl.az-a kənd camaatı onu da bildirdi ki, həmin karyerin qanunsuz fəaliyyətinə görə İmişli İcra hakimiyyəti tərəfindən külli miqdarda pul alınıb, arxayın salınlb və deyilib ki, rahat işinizi görün, biz burdayıq. Zakir Quliyev bizim ağsaqqalımızdır.
Biz də Xəbəral.az olaraq məsələyə aydınlıq gətirmək üçün Zakir Quliyevin karyerinə cavabdeh şəxslərlə əlaqə saxladıq.Karyerin müdiri Kamran müəllim bizə bildirdi ki, imişlilər məni bezdirib, çox demoqoqluq edirlər, biz də öz tədbirimizi görəcəyik lazım gəlsə. Karyerin qanunsuz işləməsinə gəlincə isə mənə nə edəcəklər uzaqbaşı gəlib yoxlayıb cərimə yazacaqlar.
Sözün bitdiyi an! Aidiyyatı qurumların həmin qanunsuz işləyən karyer haqqında lazımi tədbir görəcəyinə və kənd camaatının toz içərisində yaşamasının qarşısı alınacağına, günahkarların ən qısa zamanda cəzalanacağına inanırıq. Ümidvarıq ki, Zakir Quliyev məsələyə ciddi reaksiya verəcək və onun adından istifadə edənlərin bundan sonra camaatda ona və dövlətə qarşı inamsızlıq yaratmasına imkan verməyəcək. 

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024