Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (10-08-2018, 12:04)
Səfər Mehdiyevin yeni QAZANC DAVASI

 

 

 

 

Azərbaycana idxal edilən mobil telefonlarla bağlı yeni qaydalar qüvvəyə mindi. Azərbaycanda qüvvədə olan qanunlara əsasən hər bir nəfər vətəndaş ölkəyə iki ildə bir dəfə şəxsi istifadəsi üçün mobil telefon gətirə bilər. İddialara səasən “boz idxal” bu gün ölkənin mobil telefon bazarında ümumi bazarın 60 fazindən böyük bir hissəsini təşkil edir. Azərbaycan gömrüyündən idxal edilən mobil telefonlar adətən internet bazarında və yüksək faizlə mobil telefon təklif edən kredit dükanlarında satılır. Bundan başqa Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən ölkəyə mobil telefonlar və mobil telefopn aksesuarları idxal edilir. Qiymətin sərfəli olması səbəbindən minlərlə kiçik sahibkar məhz bu üsulla idxal əməliyyatlarında iştirak edir və ölkədə kiçik sahibkarlığın inkişafına dəstək olurdular. 

Amma və lakin, Dövlət Gömrük Komitəsinin yeni sədri Səfər Mehdiyev bu məsələdə israrlıdır. Çünki Azərbaycana idxal edilən, hətta şəxsi istifadə üçün gətirilən mobil telefonları da müsadirə etdirir. Müsadirə edilən minlərlə mobil telefon qurğuları və onlara aid aksesuarlar isə sonradan “yoxa çıxır”. Nəticə etibarilə də Azərbaycanda fəaliyyət göstərən bir çox fırıldaqçı kredit dükanları şəbəkəsində peyda olur. Nə baş verir? 

31 iyul 2018-ci il tarixində AR Nazirlər Kabinetinin 336 nömrəli qərarı ilə "Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri" təsdiq edilib. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi internet saytında beynəlxalq on-line elektron sistemə istinad edərək mobil cihazların bazar qiymətləri barədə informasiyaları yayımlayacaq və onları müntəzəm olaraq yeniləyəcək.

Həmsöhbətimiz olan sahibkarın sözlərinə görə, firmalar mobil telefonları xaricdən alarkən, onlar hüquqi şəxs kimi 36% idxal rüsumu ödəyirlər (bu məbləğin 18%-i malların dövlət satışı zamanı firmaya geri qaytarılır), hər bir IMEI-kod-un (International Mobile Equipment Identity) qeydiyyatı üçün 1,5 manat ödənilir. 

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manata, bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat, bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat, bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat, bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat.

Qiyməti 1001 dollardan yuxarı olan yeni mobil qurğular üçün maksimal tarif 150 manat təşkil edir. Fiziki şəxslər mobil telefon alıb, ölkəyə gətirib qeydiyyata salmaq üçün əvvəl hər cihaza cəmi 5 manat resum ödəyirdilər. Rüsumlar birdən-birə 6 dəfədən 30 dəfəyə qədər artırılıb. 

Sual oluna bilər ki, bunun Dövlət Gömrük Komitəsi ilə nə əlaqəsi var? Təbii ki, mobil telefonların qeydiyyatına birbaşa olaraq Rabitə və Nəqliyyat Nazirliyi nəzarət edir. Gundeminfo.az-a daxil olan informasiyaya əsasən bu gün Səfər Mehdiyevin şəxsi göstərişi ilə Azərbaycana uzun müddətdir ki, qanunsuz siqaret və mobil telefon idxal edən bir qrup şəxs nəzarətət götürülür. Əvvələr birinci müavin olduğu zamanlarda Səfər Mehdiyev ölkəyə idxal edilən siqaret və mobil telefonlarla bağlı “haqq” alırdı. İndi isə cənab Mehdiyev tam olaraq bu sahəni nəzarətinə götürməyə çalışır. İndi Səfər Mehdiyev bacısı oğlu olan Sahib adlı şəxsətapşırmaq istəyir. S.Mehdiyev ciddi-cəhdlə çalışır ki, mobil telefon idxalına və siqaret qaçaqmalçılarına tam nəzarəti ələ keçirsin. Bir neçə gün öncə Mehdiyevin gömrükdə broker işlərini həyata keçirən Əbülfəz Məlikovla “Meyvəli bazarı”nda qarşı-qarşıya gəldiklərinə dair informasiya vermişdik. 

İndi Səfər Mehdiyev çalışır ki, bu sektorda tam nəzarəti ələ keçirsin. İnformasiyalara əsaəsn indi ölkəyə şəxsi istifadə məqsədilə belə 1 ədəd mobil telefon gətirilməsinə maneçiliklər törədilir. Maraqlıdır ki, mobil telefonların idxalı ilə, xüsusilə də dəyəri 100 ABŞ dollarından aşağı olan telefonların idxalı ilə bağlı olaraq nəzarət indi bir neçə şəxsin monopoliyasındadır. Hətta yerli mediada daha çox naraılıqlar olan “Kontakt Home”, “İrşad Telekom” kimi distribütorlara idxala nəzarəti S.Mehdiyevin bacısı oğlu nəzarət etmək istəyir. Gundeminfo.az-a daxil olan informasiyalara görə S.Mehdiyev çalışır ki, bu sahədə nəzarəti tam ələ keçirsin. Və ya informasiyalarda bildirilir ki, Mehdiyev hər kəsi kənarlaşdıraraq monopoliyanı yaxın adamlarına verə bilsin. 

Mənbəmiz iddia edir ki, DGK şefi bütün imkanlarından istifadə edərək qaçaqmal siqaretləri və mobil telefon idxalını nəzarəyinə götürərək daxili bazarda əsas söz sahibinə çevrilə bilsin. 

Mövzu ilə bağlı araşdırmalarımız davam edəcək. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. 

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024