Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (9-08-2018, 07:25)
Xərçəng xəstəliyindən əziyyət çəkən Zərdab sakini nazirdən kömək isdəyir

Xərçəng xəstəliyindən əziyyət çəkən Zərdab sakini nazirdən kömək isdəyir

Mediatv.az:Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevə..

Zərdab rayonu Çallı kənd sakini Vahidov Asim Mahmud oğlu tərəfindən ünvanlanmış şikayət ərizəsini olduğu kimi təqdim edirik.

Cənab nazir,

Mən sizə ay yarım bundan əvvəl bu problemimlə bağlı poçt vasitəsi ilə  rəsmi qaydada müraciət etmişəm. Bu günə kimi mənim müraciətimə cavab verilməyib. Ola bilər ki, mənim müraciətim sizə çatmayıb. Ona görədə qərara aldım ki, təkrar müraciətimi  mətbuat vasitəsi ilə edim.

Xərçəng xəstəliyi ilə bağlı qrup almaq üçün Zərdab rayon Mərkəzi xəstəxanasına müraciət etdim. Müraciətim Azəbaycan Respublikasının Nazirlər Kabinetinin 11 noyabr 2016-cı il tarixli 446 nömrəli qərarı ilə dəyişilərək  təsdiq olunmuş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə uyğun  rəsmi qeydiyyatdan keçərək baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tərkibində olan elektron sistemə TSERAS-a ötürüldü. Bu müraciətimə 30.05.2018-ci il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən imtina verilib. Yəni əlillik təyin olunmayıb. İmtinada göstərilib ki, “Diaqnoz Göndərişin natamam doldurulması. Şişin növü, klinik mərhələsi, histoloji və bioksiya müayinənin nəticəsi yazılmayıb”. Bu imtina tam əsassızdır. Belə ki məndə Sidik kisəsinin ön divarında bəd xassəli sıfır dərəcəsində xəstəlik qeyd olunub. Bütün bunlar və xəstəxanalarda müalicə almağımla bağlı Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzindən mənə verilmiş epiqrez və müayinə sənədlərində qeyd olunub.

Qeyd edim ki bu xəstəliklə sidik kisəsindən əməliyyat olunmuşam və  təxminən iki ay kimyəvi müalicə almışam. Hal-hazırdada hər üç aydan bir analiz və aparat müayinələrindən keçirəm.

Sizdən xahiş edirəm mənim müraciətimin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən araşdırılaraq qanuni cavab verilməsinə köməklik göstərəsiniz.

 




 

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024