Ana səhifə Gündəm Aktual Problem Siyasət Araşdırma Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel, Slayd (10-07-2018, 10:07)
Şamaxıda başçının adamı QOÇULUQ EDİR

Şamaxı rayonu Çarxan kənd sakinləri kombayn olmadığı üçün taxılı biçə bilmir.

Bunu Cebhe.info-ya adıçəkilən kəndin sakini Raqib Ağayev deyib.

Onun sözlərinə görə, dəfələrlə Fövqəladə Hallar Nazirliyi (FHN) və Kənd Təsərüffatı Nazirliyinin “qaynar xətt”inə zəng etdikdən sonra kəndə kombayn göndərilsə də, Şamaxı rayon İcra Hakimiyyətinin Çarxan kəndi üzrə nümayəndəsi İlham Cəfərov texnikanı onlara verməyib. 

İddiaya görə, icra nümayəndəsi kombaynları özünün və bibisi oğlu Aslan Cəfərovun sahələrə aparıb: "Texnikalar bizim çoxsaylı xahişlərimizdən sonra göndərilmişdi. Amma texnikaların kəndə girişində İlham Cəfərov və onun bibisi oğlu Aslan Cəfərov kombaynları götürüb özlərinin sahəsini biçdirməyə aparıblar. Sahələrini biçdirdikdən sonra isə texnikaları yenidən Şamaxıdakı aqroservisə qaytarıblar. Soruşuruq ki, bəs biz taxılımızı nə ilə biçək? Cavab verirlər ki, gücünüz çatmırsa, taxıl əkməyin. İndi biz nə edəcəyimizi bilmirik". 

Şikayətçi R.Ağayevin sözlərinə görə, əgər bir neçə gün ərzində taxıl biçilməsə, onlara ciddi ziyan dəyəcək: "Qohumlarımla mənim birgə 20 hektar pay torpağımız var. Buğdaları biçə bilmədiyimizdən hamısı tökülüb yerdə qalıb, bir müddətdən sonra hamısı xarab olacaq. Ümidimiz bircə arpaya qalıb. Heç olmasa, bizi texnika ilə təmin etsinlər ki, arpamızı yığaq. İcra nümanyəmdəsi İlham Cəfərov özünü kənddə qoçu kimi aparır. “Burda mənəm Bağdadda kor xəlifə” deyir. İndi bir nəfər çıxıb bu boyda kəndə kömək eləmir ki, arpamız xarab olmasın. Aidiyyatı qurumlardan bizim kəndə yardım etmələrini istəyirik". 

***

Xəbər verdiyimiz kimi, Şamaxının Çarxan kənd sakinləri İcra Hakimiyyətinin adıçəkilən kənd üzrə nümayəndəsi İlham Cəfərovdan şikayət edərək onun kəndə taxıl biçilməsi üçün gətirilən kombaynları öz sahəsində işlətməyə apardığını bildiriblər. İddialara görə, icra nümayəndəsi kombaynları kənd sakinlərinə verməkdən imtina edib.

Bununla bağlı Cebhe.info-ya danışan kənd sakini Raqib Ağayev bildirib ki, 20 hektar sahədə əkdikləri taxıl və arpa icra nümayəndəsi İ.Cəfərovun onlar üçün göndərilmiş kombaynları kəndə buraxmaması səbəbindən yararsız hala düşmək üzrədir.

O iddia edib ki, bir müddət əvvəl bir sıra qurumlardan onlara taxıllarını biçmək üçün texnika verilməsini xahiş ediblər. Müraciət müsbət cavablandırılıb, lakin bu dəfə icra nümayəndəsi İ.Cəfərov texnikaların kəndə girişinə əngəl olub. Sözügedən şəxs kombaynları özünün sahəsinə yönəldib. Bundan sonra texnikasız qalan kənd sakinlərinə isə sadəcə kənardan taxılın xarab olmasını izləmək qalıb.

Cebhe.info əməkdaşı olaraq İlham Cəfərovla əlaqə saxlayıb iddialara münasibətini öyrənməyə cəhd etdik.İcra nümayəndəsinə özümüzü təqdim edib sualımızı ünvanladqıdan sonra İ.Cəfərov kobud tərzdə "Siz kimsiz, hüquq- mühafizə orqanı əməkdaşısınız? Şikayət var, getsinlər hüquq- mühafizə orqanına etsinlər",- deyərək telefonu söndürdü. 

İcra nümayəndəsinin bu davranışı ittihamların doğru olduğunu düşünməyə əsas verir. Ümidvarıq ki, sakinlərin müraciətini cavablandıraraq kəndə kombayn göndərən əlaqədar qurumlar- Kənd Təsərrüfatı Nazirliyi və İcra Hakimiyyəti texnikanı kəndə buraxmayan icra nümayəndəsiylə bağlı müvafiq tədbirlər görəcək. 

 



Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?
Çox gözəl saytdı
Yaxşıdı
Yaxşıdı amma ..
Daha yaxşı ola bilər
Normaldı



Xəbər lenti
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
16 07 2018
15 07 2018