Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (9-07-2018, 14:39)
“Dostum dedi: Odur, Elmar Vəliyev özü də işləyir”

“Dostum dedi: Odur, Elmar Vəliyev özü də işləyir”

 

“Yayın istisində Elmar Vəliyevi fəhlələrdən ayıran tək bir şey əynindəki qara kostyum idi. O da fəhlələrlə birgə isti bilmədən həm çalışır həm də istiqamət verirdi”.

Mediatv.az  xəbər verir ki, bu sözləri Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və mühafizə polisinə qarşı törədilmiş cinayətlə  bağlı məqaləsində Neapol-Bakı assosiasiyanın vitse prezidenti Elnur Camalxanov deyib.
 
Elnur Camalxanov açıqlamasında deyib: "2004-cü ilin yayı idi. Dostum Elnurla rayonlarımızın gəzintisinə başlamışdıq. Yolumuz Yevlaxdan keçirdi. Bu zaman dostum yeni təyin olunan icra başçısı – Elmar Vəliyevdən ağız dolusu danışmağa başladı. İşgüzarlığından və gecə-gündüz yorulmadan çalışmağından həmçinin yaradıcı bir insan olmağından bəhs etdi. Tanımadığım və heç zaman üzünü görmədiyim bir məmur haqqında bu qədər tərif eşitmək mənə çox maraqlı gəldi. Dövlətimizin belə bir məmurunu uzaqdan da olsa görmək istəyi yarandı məndə. Yevlaxın içərilərinə doğru irəlilədikcə hər tərəfdə xüsusi konsepsiyaya uyğun təmir, tikinti və abadlıq işlərinin getdiyinə şahid olurduq. Mingəçevir istiqamətində Yevlaxı çıxarkən birdən dostum mənə həmin icra başçısını göstərdi: “Odur, Elmar Vəliyev özü də işləyir”. Yanından keçdikdə avtomobilin sürətini azaltdım. Ərazidə 100-ə yaxın fəhlə var idi. Yayın istisində Elmar Vəliyevi fəhlələrdən ayıran tək bir şey əynindəki qara kostyum idi. O da fəhlələrlə birgə isti bilmədən həm çalışır həm də istiqamət verirdi. Biz keçib getdik. İllər də keçirdi. Xeyli zaman ötürəndən sonra bir dəfə yolum yenidən Yevlaxa düşdü. İnfrastrukturda olan dəyişiklik heyrətamiz idi. Təəccübümü gizlədə bilmirdim. Özüm də Aran zonasından olduğum üçün o tərəfləri yaxşı tanıyırdım. Yevlaxı heç zaman belə gözəl görməmişdim. Tələbə yoldaşım Anar məni rayonla tanış etdikcə təəccübüm daha da artırdı....

İllər sonra bu şəxsin adını Gəncə şəhər icrahakimiyyətinin başçısı kimi eşitdim. Və düşündüm ki, tezliklə Gəncədə əsaslı infrastruktur dəyişikliyinin şahidi olacağıq. Bu düşüncədə yanılmamışdım.

Gəncəni uşaqlıqdan çox sevirəm. Bu şəhərə bağlılığım da böyükdür. Ehtiyatda olan zabit kimi 10 il əvvəl hərbi xidmətimin çox hissəsini bu şəhərdə keçmişəm. Hazırda doktorantura təhsilimi də bu şəhərdə alıram. Peşəkar fəaliyyətimi də məhz Gəncədə davam etdirirəm. Bir sözlə, Nizami yurdunun son 10 ildə olan sosail-iqtisadi və sosial-mədəni inkişafını yaxından izləmişəm. Böyük əminliklə deyirəm ki, Gəncə Elmar Vəliyevin dünya görüşü, mükəmməl memarlıq və idarəetmə bacarığı əsaında öz qədimiliyini qorumaqla yanaşı müasirləşib və daha da gözəlləşib. İş yerləri yaradılıb və iqtisadiyyata sərmayə qoyuluşu artıb. Bir sözlə, cənab prezidentin bütün tapşırıqları uğurla icra olunub. İndi Gəncə Avropanın ən gözəl şəhərlərinə bərabər tutulacaq bir səviyyəyə çatıb. Tursitlərdən birinin dediyi kimi: “İtaliyanın Veronası Azərbaycanın Gəncəsi”...

Əbəs yerə deyil ki, Elmar Vəliyev məhz bu iki şəhərin yaxın gələcəkdə qardaşlaşmasını da sosial-mədəni həyatın vacib istiqaməti kimi qiymətləndirirdi. 2016-cı ildə Gəncənin Avropanın Gənclər, 2017-ci ildə MDB-nin mədəniyyət və 2019-cu il Avropanın idman paytaxtı elan edilməsi də yorulmaz fəaliyyətin və gecə-gündüz aparılan təbliğat-təşviqat kompaniyasının bəhrəsidir.

Peşəkar fəaliyyətimlə əlaqədar Gəncəyə tez-tez gedirəm. Gecələmək üçün müraciət etdiyim bəzi otellərdə aldığım cavab məni hədsiz fərəhləndirir: “Bağışlayın, şəhərimizdə turistlər çox olduğu üçün bütün nömrələrimiz doludur”. Necə sevinməyim?

Turistləri bura heç kim zorla gətirmir. Uzaq Çindən, Yaponiyadan, Vietnamdan, Qazaxstandan, Rusiyadan, İtaliyadan, Ukraynadan və s. ölkələrdən qrup halında turistləri gördükcə və onlardan tərif dolu sözlər eşitdikcə insanın qürur hissi daha da artır.

Respublikamızın ikinci paytaxtının infrastrukturunda olan əsaslı inkişaf barədə danışdıqca bitməz. Fikrimcə hər bir azərbaycanlı buna dəyər verir və sevinir. Xairici və daxili düşmənlərdən başqa...

Bütün bunlar isə hansısa sehrli çubuğun hərəkətiylə əldə olunmayıb. Bütün buların arxasında dövlətə sədaqət, yorulmaz fəaliyyət, yüksək peşəkarlıq və uzun zaman dayanır...

Əfsuslar... Ölkəmizin belə uğurlarını gözügötürməyənlər və onlara xidmət edənlər də az deyil. İyulun 3-də Gəncədə baş verən məlum hadisəni dövlətimziə qarşı yönələn məkrli bir niyyət kimi qiymətləndirməliyik. Bunun fərqində olmalıyıq. Düşünərək fikir yürütməliyik...

Həmsədrlərindən olduğum Neapol-Bakı Assosiasiyası da Elmar Vəliyevə qarşı olan silahlı hücumu bir terror hadisəsi kimi xarakterizə edir və qətiyyətlə pisləyir. Assosiasiyanın prezidenti Giuseppe Caniglia, vitse-prezidenti Emilio Saponara,italiyanın tanınmış memarları Giuseppe Staiano, Davide Romagnioli, Alessandro Lattanzi, Robert Fileni və digərləri də Elmar Vəliyevin tezliklə sağalmasını və işinin başına dönməsini arzulayırlar.

Allah şəfa versin!".

шаблоны для dle 11.2

Xəbər lenti
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024
27 03 2024