Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (20-06-2018, 17:18)
Biləsuvarın icra başçısına bayraq ittihamı

Əziz dostlar! Hörmətli həmkarlar!

Üzümü ölkənin idarəçiliyində iştirak edən bütün məmurlara -Prezident Adminstrasiyasından tutmuş ən aşağı ranqlı yoldaşlara tutub demək istərdim ki, hörmətli bəylər və xanımlar! 

Sizə elə gəlmir ki, son vaxtlar insanlarda bəzi qıcıq və əsəb yaradan hərəkətləriniz və əməlləriniz artıq o "qırmızı xətt" deyilən nöqtəni keçmək üzərədir. Hüquq-mühafizə orqanları demək olar ki, bəzi icra strukturları ilə "bratlaşıb" "işlər" aşırırlar. Hansı sahəyə baxırsan, sanki bir qəddarcasına talançılıq, yalançılıq elementlərini görmək mümkündür. 

Uzağa getməyəcəyəm. İşimizlə əlaqədar son vaxtlar respublikanın ayrı-ayrı bölgələrinə səfərlərimiz olur. Yerlərdə gördüklərimizi imkan daxilində cavabdeh şəxslərin diqqətinə çatdırır, nöqsan və çatışmazlıqların tez bir zamanda aradan qaldırılması üçün əlimizdən gələni edirik. Bir neçə vacıb saydığım məsələni ictimailəşdirmək istərdim. 

Başlamaq istərdim Azərbaycan Dövlətinin Bayrağından.

Bir müddət Ginnesin Rekordlar kitabına düşən və Tacikistanın bizi üstələməsindən sonra arxa plana keçən Bayrağımızla bağlı son vaxtlar baş verənlər şəxsən mənim üçün çox müəammalıdır və qəbuledilməzdir. Ən azından onu deyə bilərəm ki, belə münasibət sadəcə normal insanlarda qıcıq yaradır və Dövlətimizin imicinə xələl gətirir. Dövlət bayrağı Meydanında Bayraqla bağlı bəzi vicdansız və rüşvətxor, harın məmurların səhlənkarlığı ucbatından yaranan problemin artıq ciddi fəsadlar verərək xoşagəlməz vəziyyət yaratması artıq hamıya bəllidir. Bəs Bakının özündə və rayonlarda Bayraqla bağlı yaşananları necə başa düşək və yanımızda olan dosta-tanışa, qonaq-qaraya nə deyək, hörmətli məsul şəxslər? Yaxınlarda Salyanda və Biləsuvarda oldum. Biləsuvarda rayon icra hakimiyyəti ilə üzbəüz meydanda Bayraq Muzeyinə baxdım. Həm Salyanda, həm də Biləsuvarda Dirəkdən Bayraq çıxarılıb, amma 100 metr aralıqda divarda 3 ədəd Bayraq saxlanılıb. İcra başçıları Sevindik Hətəmov və Mahir Quliyev cənab-yoldaşlardan soruşmaq istərdim ki, ay icra başçıları, rayonun rəhbərləri, siz ümumiyyətlə bu addımınızla nə demək istəyirsiniz ki? 

Əgər Sizə bu tapşırıq Prezident Adminstrasiyasından, yoxsa Nazirlər Kabinetindən, ola bilsin hansısa digər bir qurumdan gəlibsə və adını demək istəmədiyiniz bu dövlət adamı belə bir göstəriş veribsə, inanın ki, o adamın Azərbaycan dövlətinin idarəçilik sistemində çalışması çox təəssüfedicidir. Dünən Xaçmazın üzü Rusiya tərəfə gedən dairəsində Bayrağımızı asılı gördüm. Amma, o pis vəziyyətə düşmüş Bayrağı hörmətli icra başçısı Şəmsəddin Xanbabayev məgər görmürmü? Uzun illərdir ki, rayonda icra başçısı işləyir və ədalət naminə deyim ki, Xaçmaz üçün misilsiz işlər görüb. Amma, o yoldan hər gün şimal qonşumuz olan Rusiya istiqamətində minlərlə avtomobil və insanlar hərəkət edir. Dövlətin əsas atributlarından olan Bayrağa belə ögey, biganə münasibət isə, hesab edirəm, məsuliyyətsizlik və tutduğun vəzifəyə hörmətsizlikdir. 

Hüquq-mühifizə orqanlarının - konkret olaraq prokurorluq, polis və digər güc strukturlarının bəzi rəhbər şəxslərinin artıq yenilənməsinin vaxtı çoxdan çatıb. Əgər adlarını qeyd etdiyim qurumlar öz vəzifə borclarına vicdanla, dövlətçilik baxımından yanaşsalar, sadaladığım və sadalamadığım nöqsan və problemlərin əksəriyyəti nə baş verməz, nə də təkrarlanmaz. Əvvəl Sabirabadda, sonra isə İmişlidə baş verən məlum pambıq olayından sonra indi məsuliyyətə cəlb edilməli şəxslər başlayıblar nağıllar danışmağa. Kimliyindən asılı olmayaraq deyirəm: hansı məmur-istər nazir olsun, istər prokurorluq, istərsə də polis orqanlarının rəhbər işçiləri, kim deyirsə ki, bu iş ciddi nəzarətdədir, o el dili ilə desək, sadəcə qeyri-səmimi danışır və məqsədi də tamam başqadır. Durub deyirlər ki, bu iş cənab prezidentin şəxsi nəzarətindədir. 
Ay kişilər, BÜTÜN ÖLKƏYƏ cavabdehlik daşıyan istənilən məsələ günün 24 saatı Prezidentin nəzarətindədir. Elə bir sahə, elə bir iş var ki, ölkə başçısının ora cavabdehliyi olmasın və ya onun orada olanlardan məlumatsız olsun? Axı bu mümkün deyil! Çünki, gün ərzində ona istənilən məsələ ilə bağlı onlarla vəzifəli şəxslər məruzə edirlər. Bəs sizin boğazdan yuxarı dediyiniz "bu iş cənab prezidentin şəxsi nəzarətindədir" ifadəsi kimə və nəyə lazımdır?! Deməli, siz işinizin öhdəsindən gələ bilmirsiniz ki, tez-tez bu sözdən istifadə edirsiniz. Keçmiş ƏƏSM naziri Səlim Müslümovun kamera və mikrofonlar qarşısında verdiyi müsahibələri yadınıza salın və xatırlayın. İki sözündən biri "cənab prezidentin diqqəti və qayğısı" və sairə idi. Axırda nə oldu? Sən demə bu tülkü cildinə girmiş vəzifəli şəxs altdan-alta nə hoqqalrdan çıxırmış?. 
Gəlin əyri oturub düz danışaq. Əksər nazir və rəhbər şəxslər çox qeyri-səmimidirlər və üzərinə düşən vəzifələrin məsuliyyətini anlamırlar. Ən dəhşətlisi isə, onlar vətəndaşlarla düz-əməlli danışıb-davranmağı belə öyrənməyiblər. Bu isə heç də yaxşı hal deyil. Bir gün bunun çox acı nəticələri və fəsadları ola bilər. Bunu isə kimliyindən asılı olmayaraq hər kəs dərk etməli və anlamalıdır. 
Tanrı Azərbaycanımızı və bütövlükdə xalqımızı qorusun!

Üzeyir Cəfərov, 
ehtiyatda olan polkovnik-leytenant,
hərbi ekspert \\miq.az\\ 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024