Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (23-05-2018, 11:41)
“Azərışıq” və “Asan Xidmət” Korrppsioner məmurların xidmətindədir

“Azərışıq” və “Asan Xidmət” Korrppsioner məmurların xidmətindədir

 

Balababa Rzayev məmimsədiyi 750 milyona görə məsuliyyətə cəlb olunacaqmı?

 

Ölkə mətbuatından xəbər tutduq ki, bu günlərdə Hesablama Palatası “Bakı Metropoliteni” QSC-də yoxlama aparıb və yoxlama nəticəsində “yeyinti” aşkarlanıb.

Belə ki, QSC-nin xərclərinin yer aldığı hesabatda Bakı metrosunun stansiyaları üçün təhlükəsizlik qapılarının alındığı və buna 8 milyon manat vəsaitin xərcləndiyi göstərilir.

Bu məlumat bir daha Səhmdar Cəmiyyətində sədri Zaur Hüseynovun yarıtmaz fəaliyyətini sübut edir. Necə deyərlər, fakt ortadadır. Əslində korrupsiyaya bulaşmış Zaur Hüseynov hələ vaxtı ilə “Azərişıq” ASC-də Balababa Rzayevin müavini vəzifəsində çalışanda artıq korrupsiyanın nə olduğunu çox “yaxşı” bilirdi. Çünki “Azərişıq” ASC-yə “Asiya İnkişaf Bankı”ndan ayrılan 750 milyonun necə xərclənməsi də biz jurnalistlərin gözünün qabağındadır. Balababa Rzayevdə də “Azərişıq” ASC-yə alınan malların siyahısı Zaur Hüseynovda olduğu kimi ancaq sənəd üzərindədir. Əslində həmin mallar movcud deyil.

Misal üçün, “Azərişıq” ASC-nin Sumqayıt idarəsinə baş çəkilsə məlum olacaq ki, idarə üçün ayrılan təzə avtomaşınlar sadəcə kağız üzərindədir. Belə ki, qəza baş verən zaman “Azərişıq”ın işçiləri təmir üçün əraziyə sovetdən qalma avtomobillərlə gəlir ki, bu da “Azərişıq”da baş verən böyük korrupsiyanın bariz göstəricisidir.

“Azərişıq” ASC-yə verilən 750 milyon dolların hansı istiqamətdə işlədilməsi bizim kimi bir çoxlarına da məlum deyil. Burdan məntiqi və maraqlı bir sual yaranır: Hesablama Palatası “Azərişıq” ASC-nin fəaliyyətini nə vaxt yoxlayacaq?.

Korrupsiyaya bulaşmış bu təşkilatın fəaliyyəti ümumiyyətlə niyə bu vaxtacan yoxlanılmayıb?

Yoxsa Balababa Rzayevin havadarları imkan vermir ki, o cinayət məsuliyyətinə cəlb olunsun. Səlim Müslümovu, Heydər Əsədovu başa düşdük , bəs “Azərişıq” ASC-i ailə biznesinə çevirən Balababa Rzayevin əməllərinə niyə göz yumulur?!

Bu yaxınlarda Yaşma sakinlərinin şikayəti bizim sayt vasitəsi ilə işıqlanmışdır. Ancaq nə fayda?! “ASAN xidmət”lə əlbir olan “Azərişıq” ASC yenə də öz korrupsiya siyasətini həyata keçirməkdə davam edir. “ASAN xidmət” dən Yaşma sakinlərinə bildiriblər ki, hələ ki, sizin əraziyə elektrik xəttinin çəkilişi dayandırılıb.

Qeyd edək ki, bir müddət əvvəl “Qafqaz Region” İB-nin sədri Mahmud Rasimoğlunun Feysbuk səhifəsində yazdığı statusun əsasında 365İNFO saytının əməkdaşı Sumqayıt şəhəri Yaşma bağları ərazisinin “Polimer 120” ünvanına gedərək oradan reportaj hazırlamışdır.

Xatırladaq ki, Mahmud Rasimoğlu yazdığı statusda qeyd edib ki, onun Sumqayıt şəhəri Yaşma bağları ərazisi, “Polimer” İMİ-2 B/Y 120 ünvanındakı bağ evində bir ildən çoxdur ki, işıq problemi yaşanır. M.Rasimoğlu bildirib ki, dəfələrlə “ASAN xidmət” vasitəsi ilə “Azərişıq” ASC-ə onun yaşadığı ünvana elektrik xəttinin çəkilməsi barədə müraciət etsə də, onun ərizəsinə imtina cavabı gəlib. Bağ evinə işığın çəkilməsi üçün “ASAN xidmət” 5 ay əvvəl müraciət edən Mahmud Rasimoğluna bir neçə gün əvvəl “ASAN xidmət” mərkəzindən zəng edərək bildiriblər ki,onun müraciətinə “Azərişıq”dan onlara cavab gəlib. ”Sizin müraciətinizə “Azərişıq”dan verilən cavabda qeyd olunur ki,həmin ərazidə şəbəkə- qurğu işləri,yəni kabelləşmə gedir, hələ ki,orda xətt açılmayıb. İş tamamlanandan sonra bununla bağlı sizə xidmət göstəriləcək.

Məbləğ müəyyən olunacaq və sizə də məlumat veriləcək. Amma bu nə vaxt olacaq , bununla bağlı məlumatımız da yoxdur. Hazırda çəkiliş çox təəssüf ki, mümkün olmayacaq. Çünki ümumi böyük layihə var ki, o hazırda həyata keçirilir. O bitən kimi sizin də müraciətinizə baxılacaq”,- “ASAN xidmət” mərkəzinin əməkdaşı Aynur Əliyeva bildirib. “ASAN xidmət”in əməkdaşına bildiriləndə ki, demək “Azərişıq”dan ümidimizi kəsək də?! Bir tərəfdən 750 milyon dollar pul ayrılır,bir yandan da deyirsiz yeni layihələr gözlənilir” Aynur Əliyeva qeyri -müəyyən cavabını davam edərək bildirdi ki:”Ayrılıb, amma iş bitsin, o iş bitəndən sonra ayrı-ayrı ünvanlara da işıq çəkiləcək. Layihələşmə-şəbəkələşmə işləri gedir. Biz sadəcə sorğu göndəririk, xidmət isə “Azərişıq” tərəfindən həyata keçirilir”.

Belə çıxır “Azərişıq” “ASAN xidmət”lə əlbir olub vətəndaşların gözünü yolda qoymaqda hələ davam edəcək. Yəni, biz vətəndaşlar üçün bu cəmiyyətdə “Asan” bir şey gözlənilmir. …Nə qədər ki, Balababa Rzayev və Zaur Hüseynov kimi korrupsioner məmurlar iş başındadırlar.

Jurnalistlərmiz Yaşma sakinləri ilə görüşəndə həmin ərazidə yerə basdırılan elektrik dirəklərinin əksəriyyətinin köhnə dirəklər olduğunu aşkar ediblər. Həmin dirəklər sadəcə rənglənərək yenidən istifadəyə verilib. Bir sözlə Hesablama Palatası üçün Balababa Rzayevin də fəaliyyətini Zaur Hüseynovun fəaliyyəti kimi yoxlamağa çox böyük əsaslar var. Ancaq nədənsə hüquq mühafizə orqanları, Hesablama Palatası dediyimiz kimi hələ ki, susur.

Ümid edirik ki, gec-tez “Azərişıq” ASC-də başda Balababa Rzayev və Tanrıverdi Mustafayev olmaqla korrupsiyaya bulaşmış və ASC-də törədilən cinayətlərin iştirakçısı olanlar cinayət məsuliyyətinə cəlb olunacaqlar.

O ki, qaldı “”ASAN xidmət”ə, heç onun da “asanlığına” inanmağa dəyməz, çünki haqlarında müsbət imicin formalaşmasına baxmayaraq “lazım olanda” , belə görünür onlar da korrupsiyaya bulaşmış məmurlarla əlbir olaraq fəaliyyət göstərirlər.

 




шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024