Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (23-05-2018, 10:22)
SOCAR, Lift idarəsi və …RAHAT marketlər şəbəkəsi

SOCAR, Lift idarəsi və …RAHAT marketlər şəbəkəsi

 

SOCAR rəhbərliyinin Bakı Lift İdarəsi, daha doğrusu, idarənin rəisi Qüdrət Şükürovla şərikli biznesi barədə bir müddət əvvəl yazmışdıq.
Qısa xatırlatma üçün qeyd edək ki, dövlətdən ayda 550 manat əmək haqqı alan lift idarəsinin müdiri Qüdrət Şükürovun qızına 400 min manatlıq toy etməsi, Bakıda və qardaş Türkiyədə milyonlarla dəyəri olan əmlaka sahib olması barədə mətbuatda xeyli yazılar dərc olunub. Təkcə onu qeyd edək ki, Bakının məşhur “Gümüş Plaza”sında Qüdrət Şükürovun dəyəri 3 milyon olan 2 mənzili var. Qüdrət Şükürov Bakıda “kirayə evlər kralı” kimi də tanınır. Lift İdarəsinin müdiri paytaxtda xeyli sayda mənzili müxtəlif şəxslərə kirayə verir.
Haqlı olaraq suallar yaranır: 550 manat maaş alan dövlət məmurunda bu qədər varidat haradandır ?
Ötən yazımızda qeyd etmişdik ki, SOCAR-ın (ARDNŞ) maliyə vəsaiti hesabına tikilən Naxçıvan, Lənkəran, Cəlilabad, Şirvan, Xızı, Gəncə, Bərdə, Quba, Zaqatala, Qəbələ, Şamaxı və s müalicə-diaqnostika mərkəzlərində liftlərin quraşdırılmasına ayrılan külli miqdarda maliyyə vəsaiti təkcə Qüdrət Şükürovun cibinə getməyib. Həm də quraşdırılan liftlərin hamısı təzə olmayıb. “Kraska”lanmış köhnə liftlər təzə adı ilə dövlətə sırınıb və ortada milyonlar qazanılıb. Təsəsvvür edirsiniz, məcburi köçkünlərin məskunlaşdığı yarımçıq binalardakı liftləri söküb diaqnostika mərkəzlərində quraşdırıblar. Və bu yolla Qüdrət Şükürov milyonlar qazanıb.
Həmin milyonların hesabına Qüdrət Şükürov hazırda Xətai metrosunun yaxınlığında yerləşən özəl “Kleemen” lift şirkətini işlədir.
Qüdrət Şükürovun SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sayəsində yüz milyonlar qazanması öz yerində.
Görəsən SOCAR kimi dünyaca məşhur şirkətin qazancı qurumun rərhbərliyinə bəs etmir ki, lift biznesinə də girişib ?
Axı, bu keyfiyyətsiz liftlərin hesabına hər gün nə qədər vətəndaşımız şaxtaya düşür, lift qəzası ilə üzləşir.
Korrupsiya.az-a daxil olan məlumata görə, SOCAR-ın rəhbərliyi təkcə lift biznesi ilə kifayətlənmir. SOCAR rəhbərliyi hazırda Bakıdakı bir neçə mağazalar şəbəkəsinə də qeyri-rəsmi sahiblik edir. Məlumata görə, paytaxtın məşhur “Rahat” marketlər şəbəkəsi də Rövnəq Abdullayevin müavinlərindən birinin nəzarətindədir.
Söhbət o mağazalar şəbəkəsindən gedir ki, bir müddət əvvəl bir neçə şokolad oğurladığı üçün yaşlı vətəndaşı həmin mağazada vəhşicəsinə döymüşüdülər. Düzdür, həmin məlumat bir neçə saat sonra saytlardan yığışdırıldı və guya oğurluq edən şəxsin qaçarkən yıxılıb zədə aldığı barədə məlumat saytlara yerləşdirildi.
SOCAR rəhbərliyi Bakıda lift biznesi ilə məşğul olan özəl türk şirkətlərinin ölkəni tərk etməsi üçün nələr etmir, hansı vasitələrə əl atmır ?
Rövnəq Abdullayevin dostu Qüdrət Şükürovun Bakıdakı gözəllik salonunda nələr olur ?
SOCAR-ın şəriki Qüdrət Şükürov Masallıda oturub Bakıya nə “zakaz” edir?
Bu “zakaz”lar neçəyə başa gəlir ?
Bu barədə növbəti yazıda….

 

шаблоны для dle 11.2

Xəbər lenti
19 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
18 03 2024
17 03 2024
17 03 2024
17 03 2024